Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir VİDEO

Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Bakıdakı “Absheron Mariot JW” otelində Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir. 

AZƏRTAC xəbər verir ki, 26 iyun - Dünya Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş konfransda nazirlik, komitə, şirkət və icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Narkotiklərə Qarşı Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev Dünya Narkotiklərlə Mübarizə Gününün 1987-ci ildə BMT-nin Baş Məclisi tərəfindən təsis olunduğunu, bununla əlaqədar 1996-cı ildə ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən Dövlət Komissiyasının yaradıldığını, bu sahədə bir sıra dövlət proqramlarının həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Hər il 10-15 insan narkotik istifadəçisinə çevrilir.

M.Əfəndiyev məlumat vermişdir ki, Azərbaycanda 2012-ci ildə hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni dövriyyədən 1 ton 371 kiloqram narkotik vasitə çıxarılaraq məhv edilmişdir. Bu gün ölkə üzrə narkotik istifadəçilərinin sayı 27 min 910 nəfər təşkil edir ki, onların da 21 min 999-u dispanser, 5 min 911-i profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir. Rəsmi statistika son 5 ildə narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü göstərir. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə etməsi hallarına rast gəlinmişdir.

M.Əfəndiyev vurğulamışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması da narkotik cinayətkarlığı artıran səbəblərdəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında işğal altındakı Qarabağ ərazisindən tranzit kimi istifadə olunur. Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və bunu Azərbaycanın əleyhinə yönəldir, 100 minlərlə gəncin həyatını zəhərləyirlər.

Azərbaycanda narkotikaya aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil etdiyini bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev demişdir ki, bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz. Bu isə o deməkdir ki, heç bir xalq, dövlət bu bəla ilə təkbaşına mübarizə apara bilməz. Donor təşkilatlar və beynəlxalq qurumlar bu problemin həllinə vəsait ayırmalıdırlar.

Gələcəyimizi və bəşəriyyətin sağlamlığını qorumaq naminə narkomaniyaya qarşı birgə mübarizə aparmağın və maarifləndirmənin vacibliyini diqqətə çatdıran nazir müavini “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının ayrı-ayrı bəndlərinin bu məqsədə yönəldiyini bildirmişdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə narkomaniyanı demokratiyaya və iqtisadi inkişafa ən çox ziyan vuran amillərdən biri kimi qiymətləndirmişdir. O, Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamını diqqətə çatdırmışdır. Demişdir ki, bu Sərəncam narkomaniya ilə mübarizənin Azərbaycan dövlətinin diqqətində olduğunu göstərir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek isə çıxışında ötən il 230 milyon insanın, yəni, dünya əhalisinin 5 faizinin narkotiklərdən ən azı bir dəfə istifadə etdiyini demişdir.

Onun sözlərinə görə, narkotik istifadəçilərinin 15 milyonu narkotik asılılığı olanlardır. Ötən il dünya əhalisinin 1,3 faizi, təxminən 15-64 yaş arası insan narkotik istifadəsindən həyatını itirmişdir.

BMT rəsmisi demişdir: “Bu gün Azərbaycanın böyük narkotik tranzitinin üzərində yerləşməsi ölkədə narkotikdən istifadənin və alverinin artmasına ciddi təsir göstərir. Azərbaycan narkotik və onun istifadəçilərinə qarşı böyük mübarizə elan etmişdir. Hüquq mühafizə orqanlarının atdığı addımlar bunu bir daha təsdiq edir”.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində mükəmməl qanunvericilik bazasının olduğunu demişdir. Bildirmişdir ki, ancaq bununla belə, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur. Eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.

Sonda Narkotiklərə Qarşı Təbliğat Ofisinin hazırladığı Azərbaycanda 2012-ci il üçün narkotiklərlə bağlı vəziyyətə dair Milli Hesabat təqdim olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç evdə doğuş praktikasını tətbiq edir

Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Dövlət Neft Fondu və Mətbuat Şurası jurnalistlər üçün birgə müsabiqə elan edib

Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik

Sabah hava necə olacaq?

Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

“Şerif”in sabiq baş məşqçisi: “Zirə” keyfiyyətli oyun nümayiş etdirir

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Sankt-Peterburqda beynəlxalq forumda iştirak edib

Çin dünyada ilk termonüvə reaktorunu yaradıb

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Balkanlarda böyük elektrik enerjisi kəsintisi baş verib

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir FOTOLAR

“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 500 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hərbi İdarəetmə İnstitutunun xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək

Bu gün paytaxt üzrə 3070 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Xəzər dənizində zəlzələ olub

Avro-2024: Türkiyə və Portuqaliya yığmaları onuncu dəfə qarşılaşacaq

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sel səbəbindən avtomobildə təhlükəli vəziyyətdə qalan 3 nəfər xilas edilib VİDEO

Alimlər məməlilərin beyninin təkamülündə yeni detalları üzə çıxarıb

Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib

Füzulidə 3 tondan artıq çətənə bitkisi yandırılıb

FHN: Ötən sutka ərzində 73 halda yanğına çıxış olub, 11 nəfər xilas edilib

DİN: Ötən gün 118, 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı bədii hissə ilə davam edib

Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib

Fövqəladə Hallar Nazirliyi Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Amerika Kuboku: Bu gecə daha iki oyun keçiriləcək

Abşeron rayonunda yol hərəkəti qaydalarını pozan 315 sürücü inzibati məsuliyyətə cəlb edilib

At heykəlləri: Türk irsinin daş artefaktları

Bölgələrdə arabir leysan yağır, şimşək çaxır

Hindistanda saxta spirtli içkidən zəhərlənən 55 nəfər ölüb

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: İyunun 21-də 3 tüfəng təhvil götürülüb

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir – Faktiki hava

Avro-2024: Avstriya millisinin futbolçuları tarixə düşüblər

Avro-2024: Türkiyə Portuqaliyaya, Rumıniya Belçikaya qarşı

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

DİN: İyunun 21-də ölkədə qeydə alınan 47 cinayətin üstü açılıb

Amerika Kuboku: Peru–Çili oyununda qapılara qol vurulmayıb

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Unudulmaz sənətkar Bülbülün anadan olmasından 127 il ötür

Azərbaycan Prezidenti: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir

Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb VİDEO

MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub VİDEO

Bolnisidə gənclərə Azərbaycan - Türkiyə - Gürcüstan dostluğunun əhəmiyyəti barədə məlumat verilib

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub YENİLƏNİB

Gilgilçay və Dəmiraparançaydan sel keçir

Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur

“Energy İnstitute”: Atmosferə karbon qazı emissiyasının buraxılması rekord həddə çatıb

Birləşmiş Ərəb Əmirliklərində iki mindən çox şahin quşu vəhşi təbiətə buraxılıb

Bu gün ingilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər

İqlim dəyişikliyi ilə bağlı veb proqram yaradılıb

Leyboristlər Partiyası Mühafizəkarlar Partiyasından 15 dəfə daha çox ianə toplayıb

Marneulidə gənclərə COP29-la bağlı məlumat verilib

Britaniyanın ən zəngin ailəsinin dörd üzvü həbs cəzası alıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Oğuzun kəndlərinə dolu düşüb

Avro 2024: Niderland - Fransa oyununda qapılara qol vurulmayıb

Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunlarında uğurlu çıxış edib

Milli Hidrometeorologiya Xidməti: Bakıda küləyin sürəti 19 m/s olub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Faktiki hava: İntensiv yağış yağıb, çaylardan sel keçib

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB VİDEO

Mədəniyyət Nazirliyi: Filmlərlə bağlı senzuranın tətbiqindən söhbət gedə bilməz

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb

Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib YENİLƏNİB

Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

Avro-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb

Güclü külək səbəbindən Aqrar Sığorta Fonduna son bir həftədə 120-dən çox müraciət daxil olub

Eldar Quliyev: Türk xalqlarına məxsus dəyərlərin qorunması istiqamətində birgə işlərimizi davam etdirəcəyik

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan