İQTİSADİYYAT
Bakıda nəqliyyat statistikasına dair beynəlxalq seminar keçiriləcəkdir
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 9-da Bakıda BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Beynəlxalq Nəqliyyat Forumunun (İTF) birgə təşkilatçılığı ilə Nəqliyyat Statistikası üzrə SPEKA proqramının iştirakçısı olan ölkələr üçün seminar keçiriləcəkdir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarın əsas məqsədi iştirakçıları WebCoq (Web Common Questionnaire) statistik məlumat bazası ilə tanış etmək və bunun tətbiqinə dair müzakirələr aparılmasından ibarətdir. Seminarda UNECE nəqliyyat bölməsinin katibliyi, Beynəlxalq Nəqliyyat Forumu və EUROSTAT-ın nümayəndələri də iştirak edəcəklər.
Tədbirdə, həmçinin Dövlət Statistika Komitəsi, Dövlət Dəniz Administrasiyası və digər qurumların nümayəndələri də təmsil olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]