Bakıda sənayedə qeyri-dövlət sektorunun payı 90,6 faiz olub
Bakı, 3 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Bakı sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 43,1 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 85,5 faizi mədənçıxarma, 12,6 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,6 faizdir. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,9 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-nə 421,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 76,5 milyon manat məbləğində digər məhsullar da qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]