ELM VƏ TƏHSİL
Bakıdakı 132-134 nömrəli təhsil kompleksində son zəng çalınmışdır
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksində son zəng çalınmışdır.
AZƏRTAC xəbər verir ki, mərasimdə təhsil kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2010-cu ildə əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və dövlətimizin başçısının iştirakı ilə açılışı olmuş bu məktəbdə təhsil üçün bütün şəraitin yaradıldığını bildirmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Çıxış edənlər, eyni zamanda, məzunları təbrik etmiş, uğurlar arzulamışlar.