REGİONLAR
Balakəndə bu günədək vətəndaşlara 105 min dozadan çox vaksin vurulub
Balakən, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.
Prosesə başlandığı gündən indiyədək Balakən rayonu üzrə vətəndaşlara 105 min 479 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 45 min 317 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 41 min 611 nəfərdir.
Eyni zamanda, Balakəndə bu günədək 18 min 499 nəfərə “buster”, 52 nəfərə isə dördüncü doza vaksin vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [14:38]
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
- 27.04.2024 [14:22]
Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- 27.04.2024 [12:54]
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib
- 27.04.2024 [12:42]