Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Baş direktor: “Petkim”in mövcudluğu Azərbaycan və Türkiyə üçün qürur mənbəyidir

Baş direktor: “Petkim”in mövcudluğu Azərbaycan və Türkiyə üçün qürur mənbəyidir

İzmir, 3 aprel, AZƏRTAC

Keçmiş SSRİ-nin süqutu illərində Azərbaycana qarşı süni yaradılan Dağlıq Qarabağ probleminin ortaya çıxardığı təlatümlər dövlət müstəqilliyimizin bərpası illərində daha da genişləndi. Bir-birini əvəz edən ağır proseslər nəticəsində Azərbaycan xalqı dövlətçiliyini tamamilə itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi müstəqilliyimizin qorunmasını təmin etdi. 1994-cü ildə Bakıda imzalanan “Əsrin müqaviləsi” uzaq hədəflərə hesablanmış inkişaf strategiyasının təməlini qoydu.

Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və digər strateji layihələr Azərbaycanın dövlətçilik qüdrətini dinamik yüksəlişini təmin etdi. Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz-2” layihəsi və Cənub Qaz Dəhlizi üçüncü minillikdə Avrasiyanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici amil kimi çıxış etməsi, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat–kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırıb. Yuxarıda sadaladığımız layihələri Azərbaycana sərmayə cəlbini artırmaqla bərabər, ölkəmizin xarici məkanlarda sərmayəçi kimi çıxış etməsinə təkan verdi. Bu istiqamətdə əldə edilən uğurlardan biri də SOCAR-ın Türkiyəyə yatırdığı investisiyalarıdır. Azərbaycanın bu sərmayələrdə mülkiyyət hüququ, müəssisənin istehsal gücü, ölkəmizin bu məkanda davam edən strateji hədəfləri və sair mühüm məqamlar barədə oxucuları daha geniş məlumatlandırmaq məqsədilə “SOCAR Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədova müraciət etdik. Anar Məmmədovun AZƏRTAC-a məxsusi müsahibəsini təqdim edirik.

- Hazırda “Petkim”də nə qədər iş yeri mövcuddur və intellektual əməklə Azərbaycandan nə qədər mütəxəssis çalışır?

- Əvvəla fürsətdən istifadə edərək mart ayında 100 yaşı tamam olması münasibətilə AZƏRTAC-ın rəhbərliyini, bütün kollektivi, o cümlədən sizi səmimi qəlbdən təbrik edirəm. Hazırda AZƏRTAC beynəlxalq informasiya məkanında güclü imicə malikdir. Azərbaycanın hərtərəfli inkişafı ilə bağlı yaydığınız informasiyalarda “Petkim”in fəaliyyətinə də geniş yer verməyinizi məmnunluqla ifadə etmək istəyirəm. Əminəm ki, Azərbaycanın informasiya siyasətinin icrasında daha böyük uğurlar qazanacaqsız.

Sualınıza gəlincə deməliyəm ki, Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodu olan “Petkim” əhalinin məşğulluğunun təmin edilməsinə verdiyi böyük dəstək ilə də fərqlənir. İşçilərinə potensiallarını nümayiş etdirə bilmələri üçün yüksək şərait yaradan, ədalətli və şəffaf kadr siyasətinə sahib olan şirkətimizdə 2500-dən çox insan birbaşa işləyir.

“SOCAR Türkiyə”nin digər layihələrində olduğu kimi, “Petkim”də də azərbaycanlı mütəxəssislər fəaliyyət göstərirlər. Bu gün şirkətlərimizdə həm rəhbərlikdə, həm də digər sahələrdə azərbaycanlılar fəal işləməkdədirlər. Bununla birlikdə “Petkim”də azərbaycanlı gənclər üçün də əhəmiyyətli fürsətlər təqdim edirik. Bakı Ali Neft Məktəbi ilə başladığımız stajkeçmə proqramı və yeni məzun proqramı çərçivəsində karyerasındakı ilk addımı Əliağa yarımadasında atan bir çox gənc və müvəffəqiyyətli əməkdaşımız var. Yenə çox sayda azərbaycanlı tələbəmiz üçün 2019-cu ildə “Star” neft emalı zavodu (NEZ) və “Petkim”də staj imkanları təklif etdik. Bu il də staj üçün müraciətlər qəbul olunur.

- “Petkim”in məhsullarının ixrac perspektivləri ilə bağlı proqnozlar nə dərəcədə müsbətdir?

- Yerli sənayeçinin əvəzolunmaz xammal tədarükçüsü olan “Petkim” 15 əsas istehsal zavodu və 6 köməkçi emal müəssisəsi ilə ildə 3,6 milyon ton istehsal gücünə malikdir. Portfelimizdə 60-dək neft-kimya məhsulları ilə plastik, kimya, qablaşdırma, boru, boya, tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, toxuculuq, eləcə də dərman, yuyucu vasitələr, kosmetika kimi sahələrə xammal veririk. Yüksək məhsul keyfiyyətimizlə Türkiyədə olduğu kimi beynəlxalq bazarlarda da əvəzolunmaz bir marka olma yolunda irəliləyirik. Hər keçən gün ixrac etdiyimiz ölkələrin və əldə etdiyimiz müştərilərin sayı artır. Ötən ilin sonunda məhsul ixrac etdiyimiz ölkələrin sayı 80-ə çatıb. İxracdakı yüksək səmərəliliyimiz illərdir bizə mükafatlar gətirir. Hər il olduğu kimi, 2019-cu ildə 622 milyon dollarlıq ixrac ilə Egey İxracatçı Birliklərinin "Kimya sektorunda ən çox ixrac reallaşdıran şirkət” və “Egey bölgəsinin ən çox ixrac həyata keçirən şirkəti” mükafatına layiq görülmüşük. İxracatdakı bu müvəffəqiyyətimizi davam etdirməyi hədəfləyirik.

-SOCAR bu günə qədər “Petkim”ə hansı həcmdə investisiya yatırıb və bu investisiyalar Azərbaycana nə kimi faydalar gətirməkdədir?

-SOCAR 2008-ci ildə Türkiyənin Özəlləşdirmə İdarəsindən “Petkim”in səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollar alıb. “Petkim” alındıqdan sonra böyümə potensialı çox yüksək olan neft-kimya sənayesində tələbi ödəmək üçün deyə bilərəm ki, 2008-ci ildən bu yana hər il təxminən 100 milyon dollar olmaqla, ümumilikdə 1 milyard dollardan çox əlavə investisiya qoyulub. Bununla yanaşı, investisiya xərclərindəki prioritetimiz zavodların modernizasiyası, ümumi inkişaf, rəqəmsal transformasiya, enerji və ətraf mühitə yönəlmiş layihələrimiz idi. Bu əlavə investisiyalar sayəsində istehsal gücümüzdə və məhsul keyfiyyətimizdə artım olarkən, həmin irəliləyişlərin maliyyə nəticələrimizə də müsbət təsir etdiyini görürük.

Bu investisiyaların qoyulması Azərbaycan üçün nə kimi faydalar gətirməkdədir sualına gəlsək, bildiyiniz kimi, bu gün beynəlxalq bazarlara çıxmadan, qlobal ticarətin bir parçası olmadan iqtisadi və siyasi inkişafdan danışmaq çox çətindir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın istər iqtisadi cəhətdən daha da güclənməsi, istərsə də regionda və dünyadakı önəmli rolunun artması üçün enerji sektoru ilə yanaşı, digər sahələrdə də regionun və dünyanın bir çox strateji baxımdan önəmli ölkələri ilə əməkdaşlıq etməsi olduqca vacibdir. Bütün bunları nəzər alaraq, transmilli şirkət olan SOCAR dünya miqyasında böyük layihələrə imza ataraq regionun strateji və coğrafi cəhətdən önəmli ölkələrinə böyük investisiyalar yatırmaqla beynəlxalq bazarlarda bu gün öz əhəmiyyətli rolunu göstərməkdədir. Bu investisiyaların böyük bir qismi bildiyiniz kimi dost və qardaş ölkə Türkiyəyə yatırılıb. Bu sərmayələrin Türkiyəyə yönəldilməsi isə təsadüfi deyil. Beynəlxalq ticarətdə və iqtisadiyyatda böyük bir bazar olan Türkiyədə neft və kimya məhsullarına olduqca böyük tələbat var. Türkiyənin ilk və yeganə neft-kimya zavodu olan “Petkim” bu gün qardaş ölkənin neft və kimya məhsullarına olan tələbatının 18 faizini təmin edir. Türkiyə tələbatın qalan hissəsini isə idxal edir. Bu onu göstərir ki, hazırda Türkiyədə 4 əlavə “Petkim” məhsullarına yetəcək bazar mövcuddur. Türkiyə bazarının böyüklüyünü nəzərə aldıqda, bu sərmayələrin nə qədər rasional və Azərbaycan üçün əhəmiyyətli olduğunu görərək. Bu sərmayələrin yatırılmasının ikinci ən vacib tərəfi isə Türkiyənin coğrafi mövqeyidir. Üç tərəfdən dənizlərlə əhatə olunan Türkiyə beynəlxalq bazarlara çıxa bilmək üçün ən stabil, etibarlı və iqtisadi cəhətdən əlverişli ölkədir. Bu baxımdan Türkiyəyə yatırılan bu investisiyalar Azərbaycanın iqtisadi və siyasi baxımdan daha da güclənməsi üçün olduqca vacibdir. Sual oluna bilər ki, bu investisiyalar Azərbaycanda qoyularaq Türkiyə bazarlarına və ya qardaş ölkə üzərindən beynəlxalq bazarlara çıxa bilməzdimi? Əlbəttə ki, mümkün ola bilər, lakin daşınma xərclərini və digər əlavə xərcləri, eyni zamanda, yarana biləcək bir çox başqa problemləri nəzər alsaq bu, iqtisadi baxımdan faydalı olmayacaq. Qeyd etdiyim məsələlərə dair əlavə xərclər Türkiyə bazarında, eyni zamanda, beynəlxalq bazarlarda rəqabət apara bilməyimiz üçün böyük maneələr yaradacaqdı. Bu əlavə xərclər məhsulun qiymətini təbii olaraq yüksək olmasına gətirib çıxaracaqdı ki, bu da məhsulun rəqabətinə mənfi təsir göstərəcəkdi. Digər tərəfdən, dünyada uğurlu neft və kimya müəssisələri neft emalı zavodları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərən müəssisələrdir. Türkiyədə neft emal məhsullarına olan tələbatın çox böyük həcmdə olması və qardaş ölkənin bu məhsulları xaricdən idxal etməsi “Star” zavodunun burada inşasının nə qədər önəmli olduğunun göstəricisidir. Bildiyiniz kimi, 2014–cü ildə inşasına başlanan və 2018–ci ildə tikintisi uğurla tamamlanan “Star” NEZ bu strateji uzaqgörən fəaliyyətin bir parçası olub. “Star” NEZ-in “Petkim”lə inteqrasiya şəklində uğurlu bir formada fəaliyyət göstərməsi bir daha göstərir ki, “Petkim”ə investisiya qoyulması nə qədər uzaqgörən bir qərarın nəticəsidir.

- Ümumiliklə müqavilələrə görə, Azərbaycanın “Petkim”də iştirak etməsi hansı illərə qədər davam edəcək?

- 2008-ci ildə “Petkim”in özəlləşdirilməsi prosesi, biznesin köçürülməsi ilə deyil, blok satış üsulu ilə həyata keçirildi. Yəni, “SOCAR Türkiyə”nin “Petkim”də iştirakı hər hansı bir tarixlə məhdudlaşdırılmayıb. “Petkim” “SOCAR Türkiyə”nin sahib olduğu şirkətidir. Biz 55 illik, köklü bir keçmişə sahib olan, Türkiyənin ilk və yeganə neft-kimya zavodu ilə yerli və xarici sənayeyə xidmət göstərməkdən böyük qürur hissi duyuruq. Yatırdığımız sərmayələrlə “Petkim”in standartlarını hər gün artırırıq. Türkiyəyə bu günə qədər 16 milyard ABŞ dollarından çox investisiya yatıran SOCAR-ın hədəfi bu rəqəmi mövcud planlarını da həyata keçirərək 19,5 milyard dollara çıxarmaq. Bu da bizim Türkiyədə böyüyərək var olmağa davam edəcəyimizin, Türkiyənin potensialına olan inancımızın ən gözəl sübutudur.

- “Petkim”in Azərbaycan və Türkiyə iqtisadiyyatına hansı müsbət təsiri var?

- Avropanın azsaylı neft və kimya komplekslərindən, istehsal bazalarından birinə çevrilmək məqsədilə Əliağada atılan bu addımlar Azərbaycanın bu sahədəki təcrübəsini və strateji qabiliyyətini qlobal enerji sektoruna nümayiş etdirmək baxımından çox dəyərlidir. “Petkim” strateji əməkdaşlıqları ilə qlobal miqyasda sosial-iqtisadi fayda təmin etməyə yönəlmiş SOCAR-ın həyata keçirdiyi beynəlxalq əməliyyatlardan biridir. Azərbaycan və Türkiyənin iqtisadiyyatına dəyər qazandıran şirkətimiz iki ölkə iqtisadiyyatının böyüməsinə də dəstək verir. Bununla bərabər “Petkim”in və SOCAR-ın Türkiyəyə yatırdığı digər sərmayələrin nümayiş etdirdiyi uğurlu fəaliyyət SOCAR-ın marka dəyərinə önəmli dəyər qazandırmaqla bərabər şirkətin maliyyə imkanlarının gücləndirməsini və dolayısı ilə şirkətin Azərbaycanda və dünyanın digər ölkələrində yatıracağı yeni investisiyalarda maliyyə təşkilatlarının SOCAR-a müsbət baxışla qarşılıq vermələrini təmin edir.

Türkiyəyə nəzər saldıqda, neft və kimya bazarının ən etibarlı tədarükçüsü olan “Petkim” 60-dək fərqli neft və kimya məhsulu istehsal edir. Əksəriyyəti KOB subyekti olan 6 mindən çox istehsalçıya xammal çatdırır. Türkiyənin neft-kimya məhsullarında məcburi idxalını azaldan şirkət 2019-cu ildə tarixi bir rekorda imza ataraq 3,44 milyon ton məhsul istehsal edib. Daxili bazar satışlarımız sayəsində Türkiyənin cari büdcə kəsirinin azaldılması üçün 2019-cu ildə 1,029 milyon ABŞ dolları məbləğində yardım etdik. SOCAR-ın dünyada açdığı istehsal məntəqələrindən biri olan “Petkim” həm Türkiyədə yaratdığı iş həcmi, həm də əldə etdiyi mənfəət rəqəmləri ilə öndədir.

- Dünyadakı bir çox siyasi, iqtisadi və digər gərginliklər “Petkim”in fəaliyyətinə təsir göstəribmi?

- Əslində 2019-cu il dünya miqyasında neft-kimya sənayesi üçün çətin bir il oldu. 2019-cu ildə yüksək olan neft qiymətləri, naftaya əsaslanan inteqrasiya olunmuş istehsal ilə məşğul olan istehsalçılara mənfi təsir göstərərək marjaları daraltdı. Neft-kimya məhsullarının qiymətlərində də əhəmiyyətli azalma qeydə alındı. Bu enişə və sektorumuzdakı daralmaya baxmayaraq bütün gücümüzlə Türkiyənin etibarlı neft-kimya tədarükçüsü olmağa davam edərək ilin sonunda müsbət iqtisadi nəticələrə çatmağı bacardıq. 2019-cu ildə tam həcmdə istehsala başlayan “Star” NEZ-lə əldə etdiyimiz sinerji bu nəticələrə böyük töhfə verdi. Xammalımız olan naftanı dünyanın müxtəlif yerlərindən idxal etmək yerinə, indi birbaşa “Star” NEZ-dən boru kəməri ilə təmin edirik. 2019-cu ildə “Star”dan aldığımız naftanın həcmi ümumilikdə 759 min ton olub, bu sinerji “Petkim”ə logistika xərclərindən əldə etdiyi qənaətə əlavə olaraq, daha keyfiyyətli istehsal, əməliyyat proseslərində səmərəlilik, xammalda tədarükün təhlükəsizliyi və idarəetmə proseslərində birgə dəyər yaratmaq kimi müsbət şəkildə əks olundu. Bundan əlavə, “Petkim”də həyata keçirdiyimiz dəyər yaratmaq üzrə proqramlar və səmərəlilik layihələri sayəsində şirkətimizin səmərəliliyini artırmaqla son iqtisadi böhrana baxmayaraq, satış və gəlirimizi müəyyən səviyyədə saxlaya bildik. Deyə bilərəm ki, gələcək riskləri proqnozlaşdırmaqla etdiyimiz investisiyaların və həyata keçirdiyimiz layihələrin müsbət nəticələrini 2019-cu ildə əsl mənada əldə etdik.

- “Petkim”in 2019-cu il üzrə maliyyə göstəriciləri necə olub?

- Daha əvvəl də qeyd etdiyim kimi, çətin bir dövr olmasına baxmayaraq, 55 illik uzun bir tarixə sahib olan şirkətimiz 2019-cu ildə 3,44 milyon ton istehsal göstəricisi ilə tarixi rekorda imza atıb. İl ərzində 97,2 faizik çox yüksək bir istehsal gücü işlədik. Ötən il “Petkim”in ümumi dövriyyəsi 2018-ci illə müqayisədə 25 faiz artaraq 11 milyard 672,2 milyon türk lirəsi (TL) və xalis mənfəəti isə 764,2 milyon lirə olub. 2018-ci illə müqayisədə 2019-cu ildə aktivimiz 18 faiz, kapitalımızın həcmi isə 17 faiz artıb. Bu göstəricilərin çətin bir ildə əldə olunması bizim üçün daha dəyərlidir.

- Məlum olduğu kimi, “Petkim” Dünya İqtisadi Forumunda rəqəmsallaşma üzrə mükafat alıb. Bu mükafat haqqında məlumat verə bilərsiniz?

- Dünyadakı innovativ və rəqəmsal tətbiq standartları üzrə şirkətlər üçün bir meyar yaradan “Global Lighthouse Network” “Sənaye 4.0” texnologiyalarını öz proseslərinə ən yaxşı tətbiq edən şirkətlərdən ibarət nüfuzlu bir platformadır. “Petkim” 2018-ci ildə təsis edilən və “gələcəyin zavodları” olaraq qəbul edilən 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.

2018-ci ildən bəri tətbiq etdiyimiz rəqəmsallaşma layihələri ilə başladığımız rəqəmsallaşma prosesində inkişaf etmiş analitik tətbiqlər və süni intellektdən istifadə, istehsal proseslərimizə böyük töhfə verdi. Bu müddətdə “Petkim”də Rəqəmsallaşma Departamenti yaradılıb. İşçilərimizin rəqəmsal reflekslərini inkişaf etdirmək üçün təlimlər verən Rəqəmsal Akademiyanı da həyata keçirdik. Yeni iş modeli ilə işçilərimizin tövsiyələri sayəsində şirkət daxilində daha səmərəli istehsal proseslərini inkişaf etdirdik. Məlumatlara əsaslanan qərar qəbuletmə prosesləri və alqoritmlər yaratmaqla bir çox fərqli ssenariləri təhlil etdik. Müvəffəqiyyətli ssenarilər real proseslərə tətbiq olundu. Bu səylərlə “Petkim” səmərəliliyini, istifadə olunan iş həcmini, enerji səmərəliliyini və məhsul keyfiyyətini artırmağa müvəffəq oldu. Bütün bunların nəticəsi olaraq verilən bu mükafat bizi yuxarı liqaya apardı. Məqsədimiz “Petkim”in Türkiyənin və Azərbaycanın ən qabaqcıl rəqəmsal şirkəti halına gətirməkdir. Bu məqsədlə 2020-ci ildə “Petkim”in rəqəmsallaşma prosesi və zavodlarımızın modernizasiyası üçün investisiyalarımız davam edəcək.

- Daha böyük nailiyyətlər arzusu ilə müsahibə üçün təşəkkür edirəm. Sağ olun.

- Mən də bir daha yubileyiniz münasibətilə bütün kollektivinizi təbrik edir, fəaliyyətimizin işıqlandırılmasına davamlı dəstəyə görə şirkətimizin bütün nümayəndələri adından AZƏRTAC-a təşəkkürümüzü bildirir, daha böyük uğurlar arzulayıram.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İzmir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib