Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bəhruz Nəbiyev: Atçılıq üzrə milli komandamız bu il bir sıra mötəbər turnirdə mübarizə aparacaq VİDEO

Bakı, 19 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycanda təkcə paytaxt Bakıda deyil, regionlarda da atçılıq idmanının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. COVID-19 pandemiyasına baxmayaraq, ölkəmizdə atçılıq idmanının inkişafı istiqamətində mühüm işlər görülüb, bir sıra turnirlər keçirilib. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev AZƏRTAC-a məxsusi müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb. Müsahibəni təqdim edirik.

- Bəhruz müəllim, ARAF ötən ili necə başa vurub? Federasiyanın ötənilki fəaliyyətinin yekunları ilə bağlı nə deyə bilərsiniz?

- Hazırda bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də pandemiyanın təsirləri qalmaqdadır. Düzdür, ötən il vəziyyət daha gərgin olsa da, bu il nisbətən yaxşıdır. Buna baxmayaraq, biz idmanın bu növünün inkişafı ilə bağlı ARAF olaraq əlimizdən gələni etdik. Ötən il bir neçə yarış keçirdik. Beynəlxalq turnirlərdə iştirak edə bilmədiyimiz üçün yerli yarışların keçirilməsinə üstünlük verdik. Çalışdıq ki, geri qalmayaq. Daha dəqiq desək, konkur yarışlarının keçirilməsi və gənc idmançıların yetişdirilməsi ötən il prioritet istiqamət idi. Bu yarışlarda gənc idmançıların qarşısına bir sıra öhdəliklər qoyulmuşdu.

Ötən il ən vacib tədbirlərdən biri Böyük Britaniya Kraliçası II Elizabetin himayəsi altında keçirilən “Royal Vindzor” (Kral atcılıq) tədbiri idi. Pandemiya ilə əlaqədar bu tədbir ənənəvi qaydada təşkil olunmadı və may ayında deyil, iyunda keçirildi. Biz 80 ildir keçirilən bu mötəbər tədbirdə artıq beş dəfə iştirak etmişik. Azərbaycan bu dəfə də həmin tədbirdə böyük heyətlə iştirak etdi. Bu ilin mayında keçirilməsi planlaşdırılan bu tədbirə yenə də böyük heyətlə qatılacağıq. Builki tədbir özünəməxsusluğu ilə fərqlənəcək. Çünki bu il tədbir Kraliça II Elizabetin taxta çıxmasının 70 illik yubileyinə təsadüf edir. Artıq bu tədbirə dəvət də almışıq.

Ötən il ARAF bir sıra qurumla əməkdaşlığa başlayıb. Bu əməkdaşlıqdan ən vaciblərindən biri Kənd Təsərrüfat Nazirliyi ilə imzalanan saziş idi. Bilirsiniz ki, atçılığın inkişafı Kənd Təsərrüfatı Nazirliyinin də fəaliyyət sahəsinə daxildir. 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə Qarabağ Atcılıq Kompleksinin açılışı oldu. Həmin kompleks Azərbaycanın milli at cinsi olan Qarabağ atlarının yetişdirilməsi ilə məşğul olur. Kompleks atçılıq idmanının inkişafında, cıdır yarışlarına bu müəssisədə yetişdirilən cins atların cəlb olunmasında mühüm rol oynayır. İdman ictimaiyyəti bu əməkdaşlığın nəticələrini bu ilin fevral-mart aylarında görməyə başlayacaq.

Ənənəvi yarışlardan olan çövkən oyunu üzrə “Prezident kuboku” turniri ötən ilin dekabrında yüksək səviyyədə keçirildi. Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan həmin turnirdə bir ilkə imza atıldı. Belə ki, turnirdə yalnız DNT analizi nəticəsində valideyn mənsubiyyəti müəyyən edilmiş milli cins atların iştirakına icazə verildi. Bilirsiniz ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO 2013-cü ildə atçılıq idmanı üçün vacib qərar qəbul etdi. Həmin qərara əsasən, Qarabağ atı üzərində oynanılan çövkən atüstü oyunu Azərbaycanın ən qədim atüstü oyunlarından biri hesab edilib. Çövkən oyununun məhz Qarabağ atı üzərində oynanan oyun kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması milli cinslərimiz olan Qarabağ və Dilbaz atlarının beynəlxalq yarışlarda iştirakını təmin etməyə imkan verəcək.

- Ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində son illər mühüm tədbirlər həyata keçirilir. ARAF-ın da 2022-ci illə bağlı planları nədən ibarətdir? İl ərzində hansı mühüm turnirlərin keçirilməsi planlaşdırılır? Həmçinin idmançılarımızın hər hansı mötəbər turnirdə iştirakı nəzərdə tutulurmu?

- Biz hər ilin sonunda növbəti il üçün yerli və beynəlxalq turnirlərin cədvəlini tərtib edirik. Həmin cədvəl Gənclər və İdman Nazirliyinə də təqdim olunur. Bu il üçün xeyli sayda yarış planlaşdırılıb. Bu turnirlərə fevralda start veriləcək. Maraqlı məqam odur ki, artıq Olimpiya növləri olan - konkur, drisaj və üçnövçülük üzrə Avrasiya Assosiasiyası fəaliyyət göstərir. Üzv olduğumuz bu Assosiasiya Şərqi Avropa, Orta Asiya və Qafqaz ölkələrini əhatə edir. Əksər turnirlərin Moskvada keçirilməsi planlaşdırılır. Artıq bu turnirlərdə iştirak edəcək milli komandamızın heyətini də formalaşdırmışıq.

Bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov ilə mühüm və məhsuldar görüşümüz oldu. Nazir atçılıq kompleksi və federasiyanın fəaliyyəti ilə yaxından tanış oldu. Bir sıra çatışmazlıqlar və ehtiyac duyduğumuz məsələlər barədə nazirə məlumat verdik. Xüsusilə yeni atların alınması məsələsində nazirliyin dəstəyinə böyük ümid bəsləyirik. Olimpiadaya hazırlıq prosesində də lazımi dəstəyin göstəriləcəyinə inanırıq.

Yanvarın sonunda İsveçrənin Sankt-Moritz şəhərində artıq 35-ci dəfə keçiriləcək “Qar polosu” dünya kubokunda da iştirak edəcəyik. Əvvəllər dörd komandanın qatıldığı bu yarışın reqlamentində dəyişiklik edilib. Belə ki, bu ildən dünya kubokunda altı komanda mübarizə aparacaq. Azərbaycan turnirdə “Land of Fire” (Odlar Yurdu) komandası ilə təmsil olunacaq. Həmin yarışda hədəfimiz böyükdür. İndiyə qədər həmin yarışdan qalib ayrılmasaq da, bu dəfə məqsədimiz çempion olmaqdır. Çünki bu turnirə uzun müddətdir ciddi hazırlaşırıq.

Mayda Londonda keçiriləcək daha bir mötəbər yarışda mübarizə aparacağıq. Əgər əvvəllər biz bu yarışların bədii hissəsində Azərbaycanın mədəniyyətini, musiqisini, milli atlarını təbliğ edirdiksə, bu dəfə planlarımız fərqlidir. Belə ki, bədii hissə ilə yanaşı, yarışlarda da iştirak edəcəyik. Ən yüksək səviyyədə dəvət aldığımız həmin turnir mayın 12-dən 15-dək baş tutacaq.

Bu il komandamız pandemiya ilə əlaqədar iki dəfə təxirə salınan və cari ilin sentyabrında keçirilməsi nəzərdə tutulan polo üzrə Avropa çempionatında da iştirak etməyi planlaşdırır. Komandamız bu turnirə də ciddi hazırlaşır. Çempionatda Azərbaycan komandası ilə yanaşı, Avropanın ən güclü poloçuları da yarışacaqlar. Bu komandaların tam siyahısı yaxın həftələrdə açıqlanacaq. Ümidvarıq, Azərbaycan bu turniri də yüksək səviyyədə keçirəcək.

- Azərbaycanda atçılıq idmanının inkişafı, gənc idmançıların yetişdirilməsi istiqamətində hansı addımlar atılır?

- ARAF həm federasiyada, həm də klublarda gənc idmançıların hazırlığına böyük önəm verir və bu istiqamətdə işlər mütəmadi həyata keçirilir. Azərbaycanda bir idman məktəbi fəaliyyət göstərir. Həmin məktəb Gənclər və İdman Nazirliyinin nəzdindəki Bakı Dövlət Cıdır Meydanının ərazisində yerləşir. Bu məktəbin inkişaf etdirilməsi üçün təkliflər hazırlayırıq. Həmin təklifləri Gənclər və İdman Nazirliyinə təqdim edəcəyik. Təkliflərdə həm maddi-texniki bazanın gücləndirilməsi, həm də gənc idmançıların idmanın bu növünə cəlb olunması nəzərdə tutulur. Bu məsələ ilə bağlı klublara da müraciət ünvanlamışıq. Klublar gənc idmançıların yetişdirilməsi üçün ciddi səy göstərir. Gərgin əməyin nəticəsində perspektivli idmançıların yetişdiyini görürük. Keçən il uşaqlar arasında keçirilən çempionatda idmançılarımız gözəl nəticələr ortaya qoydular. ARAF gənc idmançıların yetişdirilməsi istiqamətində klublarla işi davam etdirir. İdmanın bu növünə cəlb etmək üçün əsasən azyaşlı uşaqlara üstünlük veririk.

- İşğaldan azad olunan ərazilərimizdə atçılıq bazasının inkişaf etdirilməsi üçün nə kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- Biz bir neçə ay əvvəl bu haqda çox gözəl xəbər aldıq. Prezident İlham Əliyev Ağdam rayonunda olarkən bir məsələni xüsusi vurğulamışdı. Ağdamda atçılıq zavodunun əvvəllər yerləşdiyi yerdə, yəni, Eyvazxanlı kəndində fəaliyyət göstərməsi barədə dövlətimizin başçısının göstərişi və tapşırığı atçılıq idmanının azarkeşləri kimi, bizi də hədsiz sevindirdi. Çünki Ağcabədi rayonundakı Qarabağ Atcılıq Kompleksi ərazilərimizin işğal olunmasından sonra tikilib. Ancaq Ağdam rayonunun Eyvazxanlı kəndinin Qarabağ atlarının yetişdirilməsi işində mühüm yeri var. Kənd Təsərrüfatı Nazirliyi ilə görüşdə həmin komplekslə bağlı bütün layihələndirmə prosesinin başa çatmaq üzrə olduğu qeyd edildi. Hətta həmin ərazidə böyük hippodromun tikintisi də nəzərdə tutulur. Həmin ərazidə həm atlar yetişdiriləcək, həm də yarışlar keçiriləcək.

Bəhruz Nəbiyev: Atçılıq üzrə milli komandamız bu il bir sıra mötəbər turnirdə mübarizə aparacaq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və Çin arasında ticarət dövriyyəsi 240 milyard dollara yüksəlib

Mərkəzi Elmi Kitabxanada füzulişünas alimlərlə görüş keçirilib

MLS-də oyun zamanı meydana yenot daxil olub

Rusiyada yaşayan azərbaycanlı idmançı: İlk məşqdən sonra anladım ki, həyatımı atçılığa həsr edə bilərəm - MÜSAHİBƏ

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır

Srebrenitsa soyqırımı ilə bağlı layihə BMT Baş Assambleyasında müzakirə olunacaq

Azərbaycanın yoluxucu xəstəliklərə qarşı mübarizədə gördüyü işlər müsbət qiymətləndirilib

İğdırda Naxçıvan Dövlət Kukla Teatrının tamaşaları nümayiş etdirilib

BDU-da “Küveyt dərsi” keçirilib

Bugünkü valyuta hərracında tələb 45 milyon dollara yaxın olub

Əlli beş işıq ili uzaqlıqda Yer ölçüsündə planet kəşf edilib

Belaruslu nazirlərlə standartlaşdırma sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Culian Assancın vəkili danışdı: O, ABŞ-a ekstradisiya edilərsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdən başqa yolumuz qalmayacaq

® “Rabitəbank”ın Müşahidə Şurasında yeni təyinatlar olub

Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 596 min barel olub

XİN: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq məhsul satılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının monoqrafiyası Moskvada nəşr olunub

Daşkənddə keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb YENİLƏNİB

Azərbaycan ilə Kuba arasında səhiyyə və tibb elmi sahəsində səmərəli əməkdaşlıq mövcuddur

Azərbaycan həndbol millisi Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub YENİLƏNİB VİDEO

DİM mayın 26-da qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülüb VİDEO

AİB Hindistana 148,5 milyon dollar kredit ayırıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi açılıb

Bu ilin dörd ayında uşağın anadan olmasına görə 33,4 min nəfərə müavinət təyin olunub

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Ağdamda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

BMA-da Ulu Öndərə həsr olunan konsert proqramı təqdim edilib

“Zirə”yə xəbərdarlıq olunub, “Sabah”ın legioneri 4 oyun cəzalanıb

Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri: Prezident İlham Əliyevin kursuna layiq olmağa çalışırıq

Bakıda keçirilən beynəlxalq sərgidə AQTİ-nin laboratoriyalarına virtual səyahət imkanı yaradılıb

Şahbəddin Musayev: Ermənilər ekoloji problemlər yaradaraq suların çirklənməsinə səbəb olurlar

FAO nümayəndəsi: Su qıtlığı səbəbindən artan rəqabət ölkələr arasında problemlər yarada bilər

BMT: Uşaq miqrasiyası rekord səviyyəyə çatıb

“Vəkillik sahəsində fəaliyyət gənc hüquqşünaslarda inandırma və konstruktiv düşüncə bacarığını inkişaf etdirəcək” - MÜSAHİBƏ

“Xəzri”nin basketbolçusu: “Sabah”dan çəkinmirik, çempion olmaq istəyirik - MÜSAHİBƏ

Slovakiyanın Baş nazirinin son vəziyyəti açıqlanıb: Həyati təhlükə sovuşub

Qazaxıstan Vyetnama Orta Dəhlizin imkanlarını araşdırmağı təklif edir

Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək

İndoneziyada daşqınlar 60-dan çox insanın ölümünə səbəb olub

QHT rəhbəri: Ermənilər Azərbaycandakı ərazi adlarını dəyişdirib təqdim edirlər

AMEA-nın “Akademiya Muzeyi” yaradılacaq

Qəzza zolağında İsrail ordusunun daha beş hərbçisi həlak olub

“Cəza” tamaşası növbəti dəfə səhnədə

Müqabil Bayramov: Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə siyasi məqsədlər üçün hazırlanmayıb

Bədən Tərbiyəsi və İdman Akademiyasında növbəti dəfə karyera sərgisi keçirilir

Ersin Tatar: ŞKTR Türk dünyasının cənub sərhədidir

Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında müstəqillik mübarizəsi aparan 14 hərəkat Yeni Kaledoniyaya dəstək bəyanatı yayıb

Faktiki hava: Bəzi bölgələrə leysan yağıb

Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım qeydə alınıb

Doğan Başaran: COP-un ilk dəfə bir türk dövlətində keçirilməsi qürurverici hissdir

Ekvadorda ad günü şənliyinə hücum altı nəfərin həyatına son qoyub

Yeniləşən AMEA-nın yeni loqotipi təsdiqlənib

NBA: İlk yarımfinalçı “Boston Seltiks” olub

“Heydər Əliyev Kuboku”: Azərbaycanın 11 boksçusu bürünc medalı təmin edib

AMEA-nın 80 illik yubileyinin Tədbirlər planı təsdiqlənib

XRİTDX Qazax Rayon İcra Hakimiyyətində bir neçə kompüterin zərərvericilərə yoluxduğunu aşkar edib

Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib

Musa Qurbanlı İsveç çempionatında bugünkü oyunu buraxacaq

Nazirlik rəsmisi: Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

Dünya birjalarında neft bahalaşıb

Rezidenturaya qəbul imtahanı vermək istəyən xaricdə təhsil almış şəxslərin nəzərinə

Azərbaycanla Belarus arasında qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub

Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin ilk iclasında iştirak edəcək

Naxçıvan şəhərində “NAZ-Lifan”la “Hyundai” toqquşub

DİN: Paytaxt və respublikanın rayonlarından 2 avtomat silahı, 2 qumbara təhvil götürülüb

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Fariz İsmayılzadə: Hazırda dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biridir

Lənkəranda iki ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub

Azərbaycan Basketbol Liqası: Bu gün final seriyasının ilk oyunu keçiriləcək

Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib

DİN: Ötən gün 69 cinayətin açılması təmin olunub

Xaçmazda 360 yerlik yeni məktəb binası inşa olunub

® Türk Dövlətləri Təşkilatının Baş katibi “Union Logistics” şirkətinin rəhbəri ilə görüşüb

Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər naziri Bakı Kommünikesini qəbul ediblər

Azərbaycan nefti bahalaşıb

İmpressionist rəssamın əsəri 35 milyon dollara satılıb

Erlan Sairov: Qazaxıstan Cənubi Qafqazda sabitlikdə maraqlıdır

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Ağdamda evdən pul oğurlayan şəxs saxlanılıb

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Fransada kommunal təsərrüfat işçiləri tətilə hazırlaşırlar

Sudanda humanitar yardımlara vergi tətbiq edilib

Lourens Von Sinqapurun yeni Baş naziri təyin edilib

Rəcəb Tayyib Ərdoğan Qərbi Balkan ölkələrinin əhalisinin ən çox bəyəndiyi liderdir

İlk insanların Avstraliyaya gəldiyi marşrut müəyyən edilib

Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilib, 70 nəfər saxlanılıb

Antoni Blinken Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bakıda mağazada baş verən yanğın söndürülüb YENİLƏNİB-3 VİDEO

Kanadanın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir

Avropa İttifaqı ölkələri Təbiətin bərpa edilməsı haqqında Qanunu dəstəkləməyə çağırıb