Slovakiyanın Baş nazirinin son vəziyyəti açıqlanıb: Həyati təhlükə sovuşub
Vyana, 16 may, AZƏRTAC
Mayın 15-də odlu silahdan açılan atəşlə sui-qəsdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso üçün həyati təhlükə sovuşub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Baş nazirin müavini Tomaş Taraba mətbuata verdiyi açıqlamada təsdiqləyib. Bildirilib ki, ağır yaralanmış Baş nazirin vəziyyəti bir neçə saat davam edən əməliyyatdan sonra sabit olaraq qiymətləndirilir və 59 yaşlı siyasətçi əməliyyatdan sonra tam ayıq vəziyyətdədir.
Mətbuatda yayılan ilk məlumatlarda Baş nazirin bir güllə yarası aldığı bildirilsə də, sonradan verilən açıqlamalarda güllə yaralarının sayının üç olduğu qeyd edilib.
İlkin məlumatlara görə, hadisəni törədən 71 yaşlı şəxs yazıçıdır və qanuni şəkildə silah saxlama hüququna malik olub. Onun hökumətin siyasəti ilə razı olmadığı və sui-qəsdin siyasi motivlər əsasında törədildiyi ehtimal olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]