MƏDƏNİYYƏT
Belarusun aparıcı televiziya kanallarında “Azərbaycan filmləri aylığı” keçiriləcəkdir
Bakı, 5 dekabr (AZƏRTAC). Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə bu ölkənin Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbəri Gennadi Davıdko ilə görüşmüşdür.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Belarus Dövlət Teleradio Verilişləri Şirkətinə daxil olan televiziya kanallarında “Azərbaycan filmləri aylığı”nın keçirilməsi təşəbbüsü ilə çıxış etmiş və bu təklif Gennadi Davıdko tərəfindən razılıqla qarşılanmışdır.
Əldə edilmiş razılaşmaya əsasən, bu ilin sentyabr-oktyabr aylarında Belarusun aparıcı telekanallarında “Heydər Əliyev. Moskva. Kreml”, “Ayın əksi”, “İstintaq”, “Yaramaz”, “Oxuyur Müslüm Maqomayev” filmləri nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:03]
Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər
- 27.04.2024 [15:52]
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
- 27.04.2024 [14:24]
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
- 27.04.2024 [13:21]
Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib
- 27.04.2024 [13:10]
Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək
- 27.04.2024 [12:45]
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 27.04.2024 [12:43]
İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş
- 27.04.2024 [12:11]