CƏMİYYƏT
Bərdə rayonunda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 5 saylı tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev əvvəlcə narkotik vasitələrin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib. Narkomaniyaya qurşananların bu bəladan uzaqlaşmaqda çətinlik çəkdiyi, bir çox insanın yaşadığı acı sonluq diqqətə çatdırılıb. Şagirdlərin gələcəkdə mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri istiqamətində tövsiyələr verilib.
Sonra diskussiya şəraitində davam etdirilən tədbirdə mövzu ilə bağlı şagirdlərin ünvanladığı bütün suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]