DÜNYA
Berni Sandersi ölümlə hədələyən Florida sakini 15 aylıq həbs cəzasına məhkum edilib
Vaşinqton, 24 avqust, AZƏRTAC
ABŞ senatoru Berni Sandersə hədə xarakterli səsli məlumatlar göndərən Florida sakini bir il üç ay müddətinə həbs cəzasına məhkum edilib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, məhkəmə sənədlərində Orlando federal hakimi tərəfindən 58 yaşlı Robert Frensis Praterşə cümə günü hökm oxunduğu bildirilir. Cari ilin aprel ayında o, federal vəzifəli şəxsi hədələmə maddəsi ilə təqsirli hesab edilmişdi.
Federal prokurorlar bildiriblər ki, Praterş ötən il Sandersin səsli poçtuna söyüşlə dolu və antisemit xarakterli üç məlumat göndərib. Hakimiyyət orqanları bəyan edirlər ki, Praterş Sandersi “İŞİD-ə məxsus olan tərzdə” başsız qoyacağı və edamın videoçəkilişini aparacağı ilə hədələyib.
Praterş saxlanılıb və bu ilin fevralında ona qarşı ittiham elan edilib.
Xatırladaq ki, senator Sanders 2020-ci il ABŞ Prezidenti seçkilərinə Demokratiya Partiyasından olan aparıcı namizədlərdən biridir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]