DÜNYA
Beş il ərzində Türkiyədə bir milyondan çox qanunsuz miqrant saxlanılıb
İstanbul, 10 yanvar, AZƏRTAC
Beş il ərzində Türkiyədə 1 milyon 219 min qanunsuz miqrant saxlanılıb. Onlardan 454 min 662 nəfəri 2019-cu ildə ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən il saxlanılan qanunsuz miqrantların 201 min 437-si Əfqanıstan, 71 min 645-i Pakistan, 55 min 236-sı Suriya vətəndaşıdır. Həmin dövrdə ölkəyə qanunsuz yollarla daxil olan və Türkiyə ərazisini tərk etməyə çalışan əcnəbi vətəndaşlara kömək etməkdə təqsirli bilinən 8 min 996 nəfər saxlanılıb. Bu rəqəm beş il ərzində 27 min 700 nəfər təşkil edib.
Üç qitənin kəsişməsində yer alan Türkiyə ətraf ölkələrdə yaşanan problemlərlə əlaqədar qanunsuz miqrasiyanın əsas istiqamətlərindən birini təşkil edir. Ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması üçün genişmiqyaslı tədbirlər fasiləsiz davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]