SİYASƏT
BEYLƏQANDA “BƏLƏDİYYƏLƏRİN STATUSU” VƏ “SEÇKİQABAĞI TƏŞVİQATIN TƏŞKİLİ” MÖVZULARINDA TƏLİM KEÇİRİLMİŞDİR
Beyləqan, 17 noyabr (AZƏRTAC). Beyləqan rayonunda bələdiyyə üzvlüyünə namizədlər və gənclər üçün bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici təlim keçirilmişdir. Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri milli asossiasiyalarının, “İrəli” İctimai Birliyinin təşkil etdikləri tədbirdə “Bələdiyyələrin statusu” və “Seçkiqabağı təşviqatın təşkili” mövzuları ətrafında müzakirələr aparılmışdır.
Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının məsləhətçisi Nikbin Vəliyev və “İrəli” İctimai Birliyinin təlimçi eksperti Babək Məmmədov təlimdə çıxış edərək bələdiyyə institutu, onun səlahiyyətləri, hüquq və vəzifələri, ölkəmizin sosial-iqtisadi inkişafında onların rolu, seçkiqabağı təşviqat və təbliğat işinin təşkili məsələləri ilə bağlı ətraflı məlumat vermişlər.
Təlimlərdə təqdimatlar və interaktiv müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.