Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Qobustan qoruğunun direktoru: Belə tədbirlər qədim abidələrimizin dünyada təbliğinə geniş fürsət yaradır

Bakı, 18 aprel, AZƏRTAC

Tarixin daş yaddaşı hesab olunan Qobustan qoruğunda bu gün əsl çal-çağır vardı. Qədim insan məskəni çağdaş dünyanın adamları üçün xüsusi olaraq bəzədilmişdi. Yazın qəlb oxşayan ilıq nəfəsi hər kəsin üzünü yelpikləyərək xoş duyğular oyadırdı. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarix-Bədii Qoruğuna xeyli yerli və xarici turist üz tutmuşdu. Tarixin sirdaşı olan bu qədim insan məskəni ziyarətçilərinə sanki hər daşı, qayası ilə özü bələdçilik edir, tarixin ən qədim dövrlərindən söz deyir, söhbət açırdı...

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə hazırlanmış ədəbi-bədii proqram isə hər kəsin xoş istirahəti üçün yaxşı fürsət yaratmışdı. Proqrama uyğun olaraq rəqs edən də vardı, oxuyan da, rəsm çəkən də, öz əl işlərini qonaqlara təklif edən də. Bir sözlə, qoruqda əsl bayram ab-havası hökm sürürdü.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlara 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü barədə məlumat verilib. Bildirilib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Qeyd edilib ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil olunan bu ədəbi-bədii proqram da həmin silsilə tədbirlərdən biridir.

Bu gün qoruqda abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib: “Biz son illər bu beynəlxalq təbiri böyük qürur və iftixar hissi ilə qeyd edirik. Ona görə ki, artıq cənnət Qarabağımız düşmən tapdağından azad olunub. Bu, bizə imkan verir ki, uzun illər erməni vandalları tərəfindən dağıdılmış, talan edilmiş tarixi abidələrimizi yenidən bərpa edək və onları gələcək nəsillərə ötürək. Bizim qoruğun da əsas fəaliyyət istiqamətində tarixi abidələrimizin saxlanılması və gələcək nəsillərə ötürməsi dayanır. Düşünürəm ki, belə tədbirlər bizə tariximizin bir parçası olan qədim abidələrimizin dünyada geniş şəkildə təbliğ olunması baxımından geniş fürsət yaradır”.

Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivinin, Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının, Fikrət Əmirov adına 6 nömrəli on birillik incəsənət məktəbinin rəqs qrupunun çıxışları tədbirə xüsusi ovqat qatmışdı.

Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdlərinin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq çəkdikləri rəsm əsərlərində də bir daha ətraf mühitin qorunması və Azərbaycanın əsrarəngiz təbiət mənzərələri öz əksini tapmışdı.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi əməkdaşlarının əl işlərindən ibarət sərgi-yarmarka isə həm qonaqların, həm də tədbirə qatılanların xüsusi marağına səbəb olmuşdu.

Hindistanlı turist Siriyan Magoyen da bu mənzərəyə heyranlıqla tamaşa edənlər sırasında idi. O, təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb:

“Bura həqiqətən çox gözəldir. Xüsusən də bu yerlərdə insanların birliyi çox möhtəşəmdir. Hər şey çox gözəl, maraqlı təşkil olunub. Qobustan qayaları olduqca qədim və əzəmətlidir. Burada olmağımdan çox məmnunam. Azərbaycan xalqı çox mehriban və yardımsevərdir”.

Çinli turist Mr Kevin də Qobustanda olmasından məmnunluğunu ifadə edib. O, artıq bir neçə gündür Azərbaycandadır: “Qobustanda hər yer sanki uzaq tarixdən nələrsə danışır. Bu qədim məkan barədə məlumatım olmasına baxmayaraq, gördüklərim daha möhtəşəmdir. Düşünürəm ki, mən dünyanın ən qədim insan məskənlərindən birindəyəm. Bu, olduqca xoşuma gəldi”.

Qeyd edək ki, Qobustan qayaüstü təsvirləri ilk dəfə 1939-cu ildə görkəmli tarixçi-alim, arxeoloq, Azərbaycanın qədim dövr tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən Cingirdağ və Yazılıtəpədə aşkar olunub. Aşkar olunduğu vaxtdan dünyanın diqqətini cəlb edən Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu, Qobustanın timsalında mədəni irsimizin dünyaya tanıdılmasında çox mühüm addım olub. Təsadüfi deyil ki, elə həmin il iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 2011-ci ildə qoruqda yeni, müasir muzey və ofis binası tikilib istifadəyə verilib. Bir müddət sonra 2019-cu ildə Mərakeşin paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, Qobustan qayaüstü rəsmləri İslam Dünyası İrsi Siyahısına daxil edilib.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib

Səudiyyəli nazir: İqlim dəyişikliyi ilə bağlı məsuliyyətlərin bölüşdürülməsində riyakarlıq var

AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

® Bazarstore – təltif edildi

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə veriləcək

Türkiyə dünya ticarətində mövqeyini möhkəmləndirir

Rus Dram Teatrı mayın ilk yarısı üçün repertuarını açıqlayıb

Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır VİDEO

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub VİDEO

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır VİDEO

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK VİDEO

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti azalıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub