CƏMİYYƏT
Binəqədi rayonunda evin zirzəmisində yanğın olub, ölən var
Bakı, 26 mart, AZƏRTAC
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 330 kvadratmetr (hər mərtəbəsi 110 kvadratmetr) olan mansar tipli üçmərtəbəli evin zirzəmisində bir ədəd çarpayı yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]