ELM VƏ TƏHSİL
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 26 tədqiqat işi müzakirəyə çıxarılıb
![Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 26 tədqiqat işi müzakirəyə çıxarılıb](/files/2022/1/1200x630/16456175112121446034_1200x630.jpg)
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 2022-ci ildə onlayn formatda birinci iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
Biologiya və tibb elm sahələri üzrə dissertasiya mövzularının təsdiqi üçün 26 tədqiqat işi (tibb üzrə 21, botanika üzrə 2, ekologiya üzrə 2, biokimya üzrə 1) müzakirəyə çıxarılıb.
Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.
Müzakirəyə çıxarılmış bir sıra mövzuların adında dəyişikliklər edilməklə 25 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, biokimya ixtisası üzrə bir iş təkrar baxılmaq üçün geri qaytarılıb.