“Bir şəhərin hafizəsi: Qədim Salyan və memarlıq” adlı tədbir təşkil edilib
Salyan, 26 yanvar, AZƏRTAC
Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Bir şəhərin hafizəsi: Qədim Salyan və memarlıq” adlı tədbir keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətini, ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən dövlət siyasətini, tarixi-memarlıq irsinin qorunmasının vacibliyini vurğulayıblar. Çıxışlarda Salyan rayonunun qədim yaşayış məskəni kimi formalaşması, tarixi məkanları və memarlıq ənənələri diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Salyan rayonunun tarixi məkanlarını və memarlıq nümunələrini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra iştirakçılar muzeyin fondunda qorunan eksponatlar və tematik foto-sərgi ilə tanış olublar. Sonda Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən musiqilər səsləndirilib.