İQTİSADİYYAT
“Biznes müəssisələrinin yeni təşkilati modelləri” mövzusunda seminar keçiriləcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə noyabrın 8-də sahibkarlar, biznesə yeni başlayanlar və startaplar üçün “Biznes müəssisələrinin yeni təşkilati modelləri” mövzusunda seminar keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, seminarın təşkilində məqsəd İKT və təşkilati modelləri barədə sahibkarların məlumatlandırılması və bu sahədə müzakirələrin aparılmasıdır. Seminar İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (Ünvan: Həsən Bəy Zərdabi prospekti, 88a) keçiriləcək. Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. İştirak ödənişsizdir.