SİYASƏT
BOLQARISTANIN VİTSE-PREZİDENTİ AZƏRBAYCANA GƏLƏCƏK
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın vitse-prezidenti Angel Marin başda olmaqla bu ölkənin hökumət nümayəndə heyəti noyabrın 13-də Bakıya işgüzar səfərə gələcəkdir.
Bolqarıstanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, bolqar qonaqlar Bakıda keçiriləcək enerji sammitində iştirak edəcək, ölkəmizin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcəklər.
A.Marin Azərbaycana axırıncı dəfə GUAM üzvü olan ölkələrin dövlət başçılarının Bakı sammitində iştirak etmək üçün keçən il iyunun 18-də Bolqarıstan nümayəndə heyətinin tərkibində gəlmişdi.
Xatırladaq ki, noyabrın 14-də Bakıda IV enerji sammiti keçiriləcəkdir. Sammitdə Xəzər hövzəsindən neft-qaz ehtiyatlarının Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün enerji dəhlizləri yaradılması məsələləri müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]