BORÇALIDA USTAD AŞIĞIN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Borçalı mahalının Saraçlı kəndində ustad aşıq Hüseyn Saraçlının xatirə gecəsi keçirilmişdir.
Artıq ənənəyə çevrilmiş bu tədbirdə iştirak etmək üçün Saraçlı kəndinə toplaşanlar 71 illik ömrünün 50 ilini aşıq sənətinə həsr etmiş ulu ozanın məzarını ziyarət etdilər, üstünə tər çiçəklər düzdülər. Tədbirin təşəbbüskarı, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Əfəndi xalq yaradıcılığının inkişafında və zənginləşməsində böyük xidmətləri olan sənətkarın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir. Tədbirdə Azərbaycan Aşıqlar Birliyi Gürcüstan bölməsinin rəhbəri Dərviş Osman, şair Dünyamalı Kərəm, Bolnisi Rayonu İcra hakimiyyətinin başçısı Georgi Dayaşvili və başqaları çıxış etmiş, aşıq musiqisi səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [14:06]