İQTİSADİYYAT
Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandıracaqdır
Bakı, 21 yanvar (AZƏRTAC). “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı yanvarın 24-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun heç bir güzəşt edilmədən dayandıracaqdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün çox ciddi tədbirlər görüləcəkdir. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilə bilər.