DÜNYA
Böyük Britaniyanın Baş Naziri Avropa İttifaqı liderləri ilə görüşəcək
London, 17 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqı liderlərinin görüşü üçün Belçikanın paytaxtı Brüsselə yola düşəcək.
AZƏRTAC xəbər verir ki, B.Conson Avropa Şurası sammitindən istifadə edərək yenilənmiş müqaviləni imzalayacaq.
Şənbə günü Parlamentin tarixi iclasında razılaşma üçün səsvermə keçiriləcək. Əgər müqavilə parlament tərəfindən təsdiqlənərsə ölkə Aİ-ni oktyabrın 31-də tərk edəcək. Əks təqdirdə Baş Nazir müxalif millət vəkillərinin qəbul etdiyi qanunvericilik şərtlərinə əsasən Brexitin təxirə salınmasını razı olacaq.
Mənbələrdən verilən məlumata görə, Baş Nazir, Şimali İrlandiya üçün yenidən hazırlanmış planını dəstəkləmək üçün Mühafizəkarlar və Demokratik Birlik Partiyalarının nümayəndələrini inandırmağa çalışır. Hər iki qrupun dəstəyi parlamentdə razılıqların əldə edilməsi üçün əsas olacaq.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]