Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“BÖYÜK İPƏK YOLU ÜZƏRİNDƏ YENİ İMKANLAR”

Bakı, 14 dekabr (AZƏRTAC). ABŞ-ın ən nüfuzlu nəşri sayılan “The Washington Times” qəzetinin 14 dekabr tarixli nömrəsində “Caspian Energy Consulting” şirkətinin prezidenti S.Rob Sobhaninin Azərbaycana həsr edilmiş “Böyük İpək Yolu üzərində yeni imkanlar” sərlövhəli məqaləsi dərc edilmişdir. AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

Amerika iqtisadiyyatının sağlamlaşması prosesi kifayət qədər ləng gedir, şirkətlər öz əməkdaşlarını saxlamaq üçün mübarizəni davam etdirirlər. Bu fonda bir xəbəri ürəkaçan hesab etmək olar ki, ən sadiq, sabit və etibarlı dostlar Amerika şirkətlərinin iştirakı ilə ümumi dəyəri 2,6 milyard ABŞ dolları olan strateji avtomagistralın layihələşdirilməsində və tikintisində birgə fəaliyyət barədə razılığa gəlmişlər.

Amerikanın kiçik və orta şirkətləri üçün 2,6 milyard dollar məbləğində Azərbaycanın ayırdığı “stimullaşdırıcı paket” ən münasib vaxtda ortaya çıxmışdır. 48 yaşlı Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsində XXI əsr avtomagistralının tikintisi üçün ABŞ şirkətlərini dəvət etmək qərarı yeni iş yerləri yaradılmasına kömək edəcək, habelə Amerika mallarının və xidmətlərinin alınmasına səbəb olacaqdır. Cənab Əliyev həmin avtomobil yollarının dünya standartları səviyyəsində olması üçün Amerika texnologiyaları və xammalının idxalı barədə qərar qəbul etmişdir.

İnfrastruktur layihələri sahəsində Amerika şirkətlərinin sifarişləri getdikcə azalmaqdadır. Ona görə də Kaliforniya, Pensilvaniya, Florida, Viskonsin, İndiana, Virciniya, Tennesi və Merilend ştatlarının kiçik və orta biznesi bu magistralın tikintisində iştirak edəcəkdir.

Bu layihənin əsas tərkib hissələrindən biri qədim Böyük İpək Yolu marşrutu üzrə Azərbaycanın Şərq-Qərb dəhlizi boyunca avtomagistralın tikintisidir. Virciniyada yerləşən bir şirkət Amerika nou-hausundan, texnologiyalarından və mallarından istifadə etməklə həmin magistralın tikintisinə rəhbərlik edəcəkdir. Bu magistral həm də “yaşıl yol” olacaqdır. Çünki yolun inşası zamanı bəzi yerlərdə atmosferə atılan karbon qazını tutmaq üçün nanotexnologiyalardan istifadə ediləcəkdir.

İndi təsəvvür etmək də çətindir ki, cəmi 20 il bundan əvvəl Azərbaycan Sovet İttifaqının tərkibinə daxil idi. Əhalisi 8 milyon nəfər olan bu dövlətin həmin müddətdə keçdiyi yol daha güclü təsir bağışlayır. 18 il bundan əvvəl sovet qoşunları Azərbaycanda genişlənməkdə olan azadlıq və müstəqillik hərəkatını boğmaq üçün “islam fundamentalizminə qarşı mübarizə” bəhanəsi ilə Bakıya soxulmuşdu.

1990-cı ilin həmin Qanlı Yanvar gecəsində adama elə gəlirdi ki, bu dövlətin bütün ümidləri puç olmuşdur. Lakin bu gün Azərbaycan totalitar sovet sisteminin xarabalığından baş qaldırıb enişli-yoxuşlu yollarla azadlığa qovuşmaq üçün sürətlə inkişaf etməkdə olan müstəqil dövlətdir. O, həm də Amerikanın dostu və Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edən bu strateji regionda onun etibarlı müttəfiqidir.

Ölçülərinə görə Cənubi Karolina ştatı ilə müqayisə edilə biləcək, dirçəlməkdə olan Rusiya ilə İran arasında sığınmış Azərbaycan dövləti sürətlə Xəzəryanı regionun Küveytinə çevrilir. Bu gün Azərbaycanın neft fondunda 25 milyard dollar vəsait var, təqribi hesablamalara görə 2016-cı ilə qədər Azərbaycanın qızıl və valyuta ehtiyatlarının həcmi (Avropaya təbii qaz satışı nəzərə alınmadan) 200 milyard ABŞ dollarına çatacaqdır.

Bu gün cənab İlham Əliyev əmindir ki, Azərbaycanda Amerika firmalarının fəaliyyəti üçün şərait var (GE şirkəti tərəfindən hazırlanan turbinlər “Azərenerji” dövlət müəssisəsi üçün elektrik enerjisi istehsal edir, “Exxon” və “Şevron” şirkətləri isə ARDNŞ ilə birlikdə nəhəng neft və qaz yataqlarının işlənməsində iştirak edirlər). O, bilərəkdən kiçik və orta Amerika biznesinin xeyrinə seçim etmişdir.

Cənab İlham Əliyevin məqsədi, əvvələn, Azərbaycan ilə ABŞ-ın mümkün qədər çox ştatı arasında iqtisadi əlaqələri genişləndirməkdir. İkincisi, Azərbaycan yerli inşaat şirkətlərinə, məsələn “Azərinşaatservis” şirkətinə Amerikanın innovasiyalı kiçik müəssisələri tərəfindən istifadə edilən qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı vermək istəyir.

Amerika ilə Azərbaycanın tərəfdaşlığı təkcə dünya səviyyəli avtomagistral tikintisi ilə məhdudlaşmır. Xəzər dənizindəki neft və təbii qaz yataqlarında kəşfiyyat, hasilat və bu məhsulların dünya bazarlarına çatdırılması Bakı və Vaşinqtonun ümumi məqsədidir.

Məsələn, indi Azərbaycan Vaşinqtonun Avropaya qaz ixracını şaxələndirmək və təbii qazın nəql edilməsi marşrutlarının Rusiya sərhədlərindən uzaqlaşdırmaq cəhdlərinin əsas elementidir. Özünün bəzi qonşularından fərqli olaraq Azərbaycan ölkədə iqtisadi və siyasi sabitliyin bərqərar olması və məsuliyyətli rəhbərliyi ilə fəxr edə bilər. Bu, Azərbaycanın iri yataqlarında hasil edilən təbii qazı Avropaya nəql etmək üçün nəzərdə tutulan Nabukko strateji boru kəmərinə dair planları həyata keçirməkdə bu ölkəyə güvənməyə imkan verir.

Vaşinqton Azərbaycan ilə infrastruktur və enerji sahələrində əlaqələrlə yanaşı Amerikanın İraqda, Əfqanıstanda və Kosovoda həyata keçirdiyi əməliyyatlarda Azərbaycanın onu dəstəkləyəcəyinə ümid edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerikanın dünyada terrorizmə qarşı mübarizəsində ona dərhal kömək təklif etmiş, əsgərlərinin Əfqanıstana və İraqa göndərilməsinə razılıq vermişdir.

Öz investisiyaları müqabilində sabit gəlir əldə etmək qeydinə qalan amerikalı istehlakçılar da Azərbaycanın bank sektoru timsalında özlərinə etibarlı tərəfdaş tapa bilərlər. Bu ölkənin iki ən iri bankının – Azərbaycan Beynəlxalq Bankı və “Paşabank”ın baş direktorları ABŞ-da təhsil almışlar və bu kredit müəssisələri Qərb standartları səviyyəsində bank xidmətləri təqdim edirlər.

ABŞ-ın FDİC sığorta şirkəti kimi, Azərbaycan hökuməti də depozitlər üzrə zəmanət verir. Nəhayət, amerikalı professorlar, habelə Azərbaycanda dərs deməyə və daha yüksək elmi dərəcə almağa maraq göstərən universitet məzunları yaxın vaxtlarda təşkil edilmiş Azərbaycan Diplomatik Akademiyasında özlərinə tərəfdaşlar tapa bilərlər. Bu akademiyaya yüksək vəzifəli diplomat, böyük nüfuz sahibi Hafiz Paşayev rəhbərlik edir.

Azərbaycan sovet kommunizminin bürokratik süründürməçiliyindən kapitalizmin qırmızı xalçası üzərinə keçmiş və Birləşmiş Ştatların etibarlı dostuna çevrilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib