SİYASƏT
“Brattelboro Reformer” qəzeti: Ermənistan iki azərbaycanlı jurnalistin həlak olmasına görə məsuliyyət daşıyır
![“Brattelboro Reformer” qəzeti: Ermənistan iki azərbaycanlı jurnalistin həlak olmasına görə məsuliyyət daşıyır](/files/2021/2/1200x630/1623661575300136488_1200x630.jpg)
Vaşinqton, 14 iyun, AZƏRTAC
ABŞ-ın “Brattleboro Reformer” qəzetində erməni təxribatları, Azərbaycan ərazilərinin minalanması barədə "Ermənistan iki jurnalistin həlak olmasına görə məsuliyyət daşıyır" sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 4-də Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan və ötən il azad edilən Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki azərbaycanlı jurnalistin və yerli icra hakimiyyəti orqanı nümayəndəsinin həlak olduğu bildirilir.
Qeyd edilir ki, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan çıxarılması zamanı Ermənistan 30 illik işğaldan sonra evlərinə qayıdan Azərbaycan hərbçiləri və dinc sakinlərinə mümkün qədər çox ziyan vurmaq üçün məqsədyönlü şəkildə yaşayış binalarını, mal-qaranı, ağacları məhv edib, elektrik xətlərini qırıb, əraziləri minalayıb.
Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən Amerika ictimaiyyətini məlumatlandırmaq üçün həyata keçirilən növbəti kampaniya çərçivəsində dərc edilib.
AZƏRTAC-ın Vaşinqton bürosu