DÜNYA
Britaniya polisi: Londonda yanğın azı 79 nəfərin həyatına son qoyub
Bakı, 19 iyun, AZƏRTAC
Polisin son qiymətləndirməsi göstərir ki, Londondakı “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğının qurbanları azı 79 nəfərdir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı bazar ertəsi günü jurnalistlərə polis rəisi Stüart Kandi açıqlayıb. “Təəssüflə deməliyəm ki, bizim məlumatlarımıza görə, indiyədək 79 nəfər ya həlak olub, ya da itkin düşüb, lakin mən güman etməyə məcburam ki, onlar da (itkin düşənlər) ölüblər”, - Britaniyanın Sky News telekanalı onun bu sözlərini sitat gətirib.
Polis rəisi əlavə edib ki, ölənlərdən bir neçəsinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, iyunun 14-nə keçən gecə Londonun qərbindəki 24 mərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın nəticəsində azı 30 nəfərin həlak olduğu rəsmən təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]