DÜNYA
Brüsseldə Yeni il gecəsi sərxoş sürücülər evlərinə pulsuz aparılacaqlar
Bakı, 31 dekabr, AZƏRTAC
“Məsuliyyətli gənc sürücülər” Assosiasiyasından olan könüllülər Yeni il gecəsi Brüsseldə onların xidmətindən istifadə etmək istəyən sərxoş sürücüləri evlərinə pulsuz aparacaqlar.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, könüllü sürücüləri çağırmaq üçün əvvəlcədən elan olunmuş telefon nömrəsini yığmaq kifayət edəcək. Pulsuz xidmətdən istifadə etmək istəyənlərin sayı hər il artığından, assosiasiyaya evə getməzdən bir saat qabaq zəng vurmaq tövsiyə olunur. Müştərilərin gecə yarısından səhər saat 06.00-dək evlərinə çatdırılması üçün 200 avtomobil ayrılıb.
Brüssel polisi öz növbəsində xəbərdarlıq edib ki, Yeni il gecəsi sərxoş sürücülərə güzəşt olunmayacaq. Həmçinin şəhərin hakimiyyət orqanları elan ediblər ki, ictimai nəqliyyat da həmin gün səhər saat 6-dək pulsuz işləyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]