ELM VƏ TƏHSİL
BŞTİ tərəfindən Pirallahı rayonu üzrə səyyar qəbul keçirilib
Bakı, 22 sentyabr (AZƏRTAC). Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Pirallahı rayonu üzrə səyyar qəbul keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 243 nömrəli məktəbdə keçirilən səyyar qəbulda Pirallahı və Çilov qəsəbələrindəki 131, 168, 186, 235, 243, Zirə qəsəbəsindəki 122, 120, 241, 324, Gürgan qəsəbəsindəki 231 nömrəli məktəblərin və 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllimlərinin, eyni zamanda, valideynlərin müraciətləri dinlənilib.
Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sistemlərinin təşkili, siniflərin dərs proqramlarının yüngülləşdirilməsi və s. ilə bağlı olub.
Müəllimləri və valideynləri narahat edən bu kimi məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və BŞTİ-nin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]