İQTİSADİYYAT
Bu ərazilərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:31]
® "Nar"dan sərfəli smartfon təklifi
- 27.04.2024 [17:17]