İDMAN
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının pley-off raundunun püşkatma mərasimi keçiriləcək
Bakı, 8 avqust (AZƏRTAC). Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının pley-off raundunun püşkatma mərasimi keçiriləcək. AZƏRTAC azerisport.com saytına istinadla xəbər verir ki, Avropa kuboklarının bu mərhələsində Azərbaycanı iki futbol klubu - “Qarabağ” və “Neftçi” komandaları təmsil edəcək.
Pley-off raundunda 31 vəsiqə uğrunda 62 komanda mübarizə aparacaq. Onlardan 29-u Çempionlar Liqasının üçüncü seçmə raundunun qalibləri, 15-i üçüncü seçmə raundda uduzanlar və daha 18 komanda bu mərhələdə oynamaq hüququ qazananlardır. Komandaların “səbətlər üzrə” paylanması UEFA reytinqinə əsasən həyata keçiriləcək.
“Qarabağ” və “Neftçi” klublarının potensial rəqibləri bunlardır: “Lion” (Fransa), “İnter” (İtaliya), “Tottenhem” (İngiltərə), PSV (Hollandiya), “Vilyarreal” (İspaniya), “Tvente” (Hollandiya), “Metallist” (Ukrayna), PAOK (Yunanıstan), “Seltik” (Şotlandiya), “Brüqqe” (Belçika), “Dnepr” (Ukrayna), “Trabzonspor” (Türkiyə), “Panatinaikos” (Yunanıstan), “Sparta” (Çexiya), “Borussiya” (Menxenqladbax, Almaniya), “Real-Sosyedad” (İspaniya), “Yanq Boyz” (İsveçrə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lokomotiv” (Moskva, Rusiya), “Rapid” (Avstriya), “Sürix” (İsveçrə), “Nasyonal” (Portuqaliya), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova), “Hall Siti” (İngiltərə), “Partizan” (Serbiya), “Torino” (İtaliya), “Feyenoord” (Hollandiya), “Sent-Etyen” (Fransa), “Rio Ave” (Portuqaliya), “Dinamo” (Moskva, Rusiya).
Matçlar avqustun 21-də və 28-də keçiriləcək.