Bu il Türkiyədən Avropaya keçmək istəyən doqquz mindən çox köçkün saxlanılıb
İstanbul, 18 aprel, AZƏRTAC
Türkiyənin sahil mühafizə qüvvələri bu ilin yanvar ayından etibarən Egey dənizi sahillərindən Yunanıstana keçməyə çalışan 9 min 648 köçkünü saxlayıb.
AZƏRTAC xəbər verir ki, müxtəlif səbəblərdən ölkələrini tərk edərək Türkiyəyə üz tutan və buradan Avropaya keçmək istəyənlərin sayı ötən illərlə müqayisədə azalsa da, proses hələ də davam edir. Bu ilin ilk ayından etibarən 5 min 729 köçkün saxlanılaraq ölkələrinə qaytarılıb və 3 min 919 nəfər 82 ölkənin hüquq mühafizə orqanlarına təhvil verilib. Altı nəfərin isə cəsədi tapılıb.
Bunun qarşısını almaq məqsədilə Türkiyənin sahil mühafizə qüvvələri tərəfindən ölkənin Egey dənizi, Akdeniz və Qaradəniz sahillərinə aid bölgələrində mühafizə tədbirləri gücləndirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]