DÜNYA
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
Ankara, 20 aprel, AZƏRTAC
Türkiyənin 2024-cü il üçün xidmətlər ixracı hədəfi 110 milyard ABŞ dolları olaraq müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, xidmətlər ixracının dünya ticarətindəki artan roluna diqqət çəkən Türkiyənin ticarət naziri Ömər Bolat hökumətin bu sahəyə xüsusi diqqət yetirdiyini bildirib.
“Xidmətlər sektoru Türkiyə iqtisadiyyatı üçün də həyati əhəmiyyət kəsb edir. Bu sahə hər il daha da inkişaf edir və ölkəmizin xarici ticarətinə öz müsbət təsirini göstərir”, - deyə nazir vurğulayıb
Qeyd edək ki, 2023-cü ilin yekunlarına dair rəsmi statistikaya əsasən, Türkiyə ötən il ümumilikdə 89 milyard ABŞ dolları həcmində xidmət ixrac edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]