İQTİSADİYYAT
Bu yollarda təmir işləri aparılır
Bakı, 18 iyul, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci kilometrlik hissəsində, həmçinin Dövlət Bayraq Meydanından Lökbatan dairəsinədək olan ərazidə yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək.
Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Bundan başqa, Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Maştağa-Nardaran-Bilgəh avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]