İQTİSADİYYAT
“Bulla-dəniz” yatağında müxtəlif geoloji kəşfiyyat işləri aparılır
Bakı, 30 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin “Bulla-dəniz” yatağında müxtəlif geoloji kəşfiyyat işləri aparılır.
AZƏRTAC xəbər verir ki, Birlik tərəfindən hazırda “Bulla-dəniz” yatağının şimal-şərq qanadının tağyanı hissəsində məhsuldar qatın səkkizinci horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi, sahənin tektonikası və litoloji-stratiqrafik kəsilişinin dəqiqləşdirilməsi məqsədilə ikinci tektonik blokda yerləşən 29 nömrəli özüldən qazılmaqda olan 90 nömrəli kəşfiyyat quyusunun layihə dərinliyinə yaxınlaşdırılması işləri görülür.
Bundan əlavə, “Bulla-dəniz” sahəsində strukturun cənub-şərq periklinalında sahənin alt pliosen çöküntüləri üzrə tektonik quruluşunun öyrənilməsi məqsədilə aparılmış ikiölçülü seysmik kəşfiyyat materiallarının emalı və interpretasiyası da davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]