İQTİSADİYYAT
“Bulla-dəniz” yatağının məhsuldar qatında qazılan quyuda yanğın baş vermişdir
Bakı, 19 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 90 nömrəli kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 nömrəli özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədilə layihələndirilmiş və quyuda qazma işlərinə ötən ilin noyabr ayının 6-da başlanılmışdır.
Avqustun 17-də gecə saat 23 radələrində 5 min 868 metr dərinlikdə qazma işləri zamanı quyuda qaz təzahürləri müşahidə olunmuşdur. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uyğun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülmüşdür.
Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçmiş və yanğın baş vermişdir. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər təxliyə olunaraq sahilə çıxarılmışdır. Hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir.
Quyunun bağlanması üçün tədbirlər planı hazırlanmışdır.
Baş vermiş hadisənin səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]