Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bütün məhkəmə instansiyalarında vətəndaşların hüquqlarının dövlət hesabına vəkillər tərəfindən müdafiəsi məsələsi tam tənzimlənir - ŞƏRH

Bütün məhkəmə instansiyalarında vətəndaşların hüquqlarının dövlət hesabına vəkillər tərəfindən müdafiəsi məsələsi tam tənzimlənir -  ŞƏRH

Bakı, 16 sentyabr, AZƏRTAC

Hazırda ölkəmizdə vəkil xidmətlərinə, ödənişli və ya dövlət hesabına olmaqla ehtiyacı olan şəxslər müraciət edə bilirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində dövlətin üzərinə qoyulmuş vətəndaşların yüksək keyfiyyətli hüquqlarının müdafiəsinin təminatını dövlət məhz Mülki Prosessual Məcəlləyə edilən son dəyişikliklərlə öz üzərinə tam götürdü. Həmçinin onların hüquqlarının müdafiəsi ilə bağlı peşəkar yardıma çatımlılığı məsələsini nizama salır. Əvvəllər ancaq qanunvericiliyə görə cinayət işlərində dövlət şübhəli və (və ya) təqsirləndirilən şəxsləri vəkil müdafiəsi ilə, habelə mülki işlərdə Ali Məhkəmədə təmin edirdi. Bu il iyulun 27-dən isə mülki işlər üzrə işi məhkəməyə verməkdən başlamış bütün birinci və apellyasiya məhkəmə instansiyasında da dövlət hesabına ödənişli vəkillə təmin edilir. Yəni yenə də xidmət ödənişli olsa da, yalnız bu dəfə müəyyən kateqoriya vətəndaşlar özləri deyil, vəkilin xidmət haqqı dövlət tərəfindən ödənilir.

Bu fikirləri Vəkillər Kollegiyanın üzvü Babək Həmidov dövlət hesabına təqdim olunan vəkillik xidmətlərini AZƏRTAC-a şərh edərkən deyib.

Vəkil qeyd edib ki, bu məsələlər öncəliklə Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir və hazırda da o qüvvədədir. Cinayət törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən istənilən şəxs özünün müdafiəsi üçün vəkil ilə müqavilə bağlamaq imkanı olmadıqda, dövlət hesabına vəkillə təmin olunur. Sonradan Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərə əsasən kassasiya instansiyasında ancaq vəkillə təmsil olunma məsələsi müəyyənləşdirildi. Vəkillə təmsil olunma artıq kassasiya icraatında hüquqi məcburiyyətdən irəli gəldiyi üçün nəticədə Mülki Prosessual Məcəllədə vətəndaşların dövlət hesabına vəkillə təmin olunması üçün aidiyyəti əlavə və dəyişikliklər edildi.

“Digər məsələ isə bu il iyulun 26-dan Mülki Prosessual Məcəlləyə 67-1-ci yeni maddə əlavə edilərək konkret olaraq bütün növ mülki işlərdə 67-1.4-cü maddənin kateqoriyasında göstərilən, o cümlədən məhkəmə tərəfindən aztəminatlı hesab edilə bilən şəxslər dövlət hesabına ərazi üzrə vəkil qurumu tərəfindən vəkillə təmin olunma məsələsi qanuni qüvvəyə mindi. Məhkəmə, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad olunması və ödəmənin Azərbaycanın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Prezident İlham Əliyevin Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq etməsi ilə vətəndaşların bütün məhkəmə instansiyalarında hüquqlarının dövlət hesabına vəkillər tərəfindən qorunması, təmsil olunması və bərpası məsələsi tam tənzimləndi”, - deyə Vəkillər Kollegiyasının üzvü bildirib.

Onun sözlərinə görə, 67-1-ci maddədə mülki məsələlər üzrə hüquqi yardımın dövlət hesabına göstərilməsi konkret olaraq tənzimlənib. Belə ki, əgər vətəndaşın məhkəmədə mülki icraatda baxılan işi varsa və o, 67-1.4-cü maddədə göstərilən kateqoriyaya aiddirsə, həmin məhkəmə işinə baxan hakimə ərizə ilə müraciət edərək baxılan mülki işi üzrə müdafiəsinin, təmsilçiliyinin təmini üçün dövlət hesabına vəkil təyin olunmasını məhkəmədən xahiş edə bilər. Nəticədə məhkəmənin qərardadı ilə həmin müraciət edən şəxsə dövlət hesabına vəkil təyin edilə bilər.

Digər hal ümumiyyətlə, vətəndaşın məhkəməyə ilkin olaraq ərizəsinin hazırlanmasından başlayaraq vəkillə təmin olunmasını nəzərdə tutur. Belə olduqda vətəndaş məhkəməyə müraciət etmədən qeydiyyatda olduğu ərazi üzrə vəkil bürolarından birinə müraciət edir. Həmin büro aidiyyəti üzrə məhkəmə qarşısında vəsatət qaldırır, ərizə verir və ona baxılır. Vətəndaş həmin kateqoriyaya aiddirsə və məhkəmə həmin müraciəti əsaslı hesab edirsə, onun işinə məhkəməyə hazırlaşması və orada hüquqlarının müdafiəsinin təmsili üçün dövlət hesabına vəkil ayrılması ilə bağlı vəkil qurumuna yönləndirilən qərar qəbul edilir. Yekunda bu qərarla vətəndaş artıq ilk hüququnun müdafiəsinin başlayacağı andan vəkillə təmin olunmuş sayılır. Sadə dillə desək, vətəndaşın hüquqi problemi olduğu zaman vəkil qurumuna müraciət edir, vəkil qurumu məhkəməyə müraciət edərək vətəndaşa dövlət hesabına vəkil təyin olunmasını xahiş edir. Daha sonra məhkəmə dövlət ödənişi hesabına həmin vətəndaşa xidmət göstərmək üçün vəkil təyin edir. Həmin vəkil də vətəndaşın həm birinci stansiya məhkəməsində, yəni rayon, şəhər məhkəmələrindəki mülki işlərdə, eləcə də apellyasiya instansiyası məhkəməsində dövlət hesabına vəkilliyini həyata keçirir.

Vətəndaşların maarifləndirilməsi ilə bağlı hansı işlər görülür?

Vətəndaşların maarifləndirilməsi ilə bağlı işlərə toxunan Babək Həmidov söyləyib ki, həm pulsuz hüquqi yardımın alınması, ümumiyyətlə vəkil xidmətlərindən istifadə etmək istəyən vətəndaşlarımızın müraciətləri üçün ölkəmizdə mühüm işlər görülür: “İlkin olaraq maarifləndirmənin əsas məsələlərdən biri KİV-lərdə Vəkillər Kollegiyasının üzvlərinin və vəkillərin maarifləndirici tədbirlərdə fəal iştirak etməsidir. Rəyasət heyəti, şəxsən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov daim hüquqi maarifləndirmə sahəsində istər sadə xüsusi imtiyazlı şəxslər, qocalar, valideyn himayəsindən məhrum olmuş şəxslər, azadlıqdan məhrum edilmiş qadınlar və s., istərsə də mülki və digər problemli mübahisəli məsələləri olan vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyalarını tam təmənnasız şəkildə təşkil edilməsi üçün zəruri və əhəmiyyətli işlər görür.

Cari qanunvericilik norması vətəndaşlarımızın maarifləndirilməsinə töhfə verən əsas məsələlərdən biridir. Vətəndaş göstərilən kateqoriyalardan birinə aiddirsə və onun başlatmaq istədiyi məhkəmə prosesi varsa, bu təqdirdə ərazi üzrə vəkil qurumuna müraciət edərək dövlət hesabına ödənişli hüquqi yardımdan faydalana bilər”.

Vəkil xidmətlərindən istifadə üçün necə müraciət etmək olar?

Vəkilin sözlərinə görə, hazırda hər hansı məhkəmə icraatında, xüsusilə isə rayon məhkəmə icraatında və yaxud da apelyasiya məhkəməsinin icraatında baxılmaqda olan mülki işi varsa, həmin məhkəməyə, işə baxan hakimə ərizə ilə müraciət edərək 67-1-ci maddəsində nəzərdə tutulan dövlət hesabına mülki işlərdə vəkillə təmin olunma məsələsini qaldıra bilər. Yəni nəticədə bu dəyişiklik konkret olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyini özündə əks etdirir, o cümlədən işin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin edir.

“Bir çox hallarda praktikada məhkəmədə işə baxan hakimin başqa proseslər başlayanadək digər məsələlərin şahidi oluruq. İşə baxan hakim özü vətəndaşın hüquqlarının tam şəkildə müdafiəsi üçün ərizəsində hansısa iddianı düzgün qaldırmayıbsa, o zaman onun mahiyyəti və predmeti dəyişməsini, məhkəməyə hansı orqanlardan sübutlar gətirməsini bildirərək kömək edir. Çünki iddia ərizəsində və iddia tələbində hansısa sözün, ifadənin düzgün qeyd edilməməsi vətəndaş üçün zərərli hüquqi nəticələr doğura bilər. Vətəndaşların hüquqlarının tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi, işlərinə ədalətli baxılması, ədalət mühakiməsinin dövlət tərəfindən səmərəli və operativ həyata keçirilməsi üçün bu çox ciddi dəyişiklikdir”, - deyə Babək Həmidov vurğulayıb.

Bəs xidmət haqqı nə qədərdir?

B.Həmidov deyib ki, xidmət haqqı konkret olaraq, hər saat üçün altı manat nəzərdə tutulub. Vəkilin o işə sadəcə məhkəmədə yox, həm də o işə hazırlaşarkən vətəndaşın qəbulu, o işlə bağlı prosessual sənədlərin hazırlanması və onlarla tanış olma məsələləri, o cümlədən mübahisə predmetinə gedib baxış keçirməsi, sübutlar toplaması və sairəyə sərf etdiyi vaxt da nəzərdə tutulur. Yəni, həmin iş sadəcə məhkəmə iclasında deyil. Bu iclasdan kənarda ayırdığı vaxtları da vəkil işin yekununda hesabat şəklində məhkəməyə təqdim edir və həmin ödəniş də məhkəmə qərarı ilə dövlət hesabına həyata keçirilir. Ümumiyyətlə, uduzmuş, yəni məhkəmə qərarı əleyhinə çıxmış tərəfdən də dövlət hesabına da ödəniş tutula bilər. Amma hər halda vəkilin xidmət haqqı ayırdığı vaxta və hesabatına mütənasib qaydada məhkəmə qərarı ilə dövlət büdcəsindən ödənilməsi təmin olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qəbələ” daha bir futbolçu ilə güclənib

Silahlı Qüvvələr Günündə Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

Beyləqana dolu yağıb VİDEO

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar VİDEO

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı