Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BUXARESTDƏ “DİALOQ VƏ TƏRƏFDAŞLIQ NAMİNƏ” QARA DƏNİZ FORUMUNDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli Rumıniya Prezidenti cənab Besesku!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, forumun əla təşkilinə və göstərilən səmimi qonaqpərvərliyə görə rumıniyalı dostlarıma öz təşəkkürümü çatdırmaq istərdim. Yenidən sizin gözəl ölkənizdə olmaqdan çox məmnunam. Dünən Prezident Besesku ilə regional əməkdaşlıqla və ikitərəfli əlaqələrimizlə bağlı məsələləri müzakirə etdik. Bu forum gələcək genişmiqyaslı regional əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün çox gözəl fürsət yaradır. Forum Qara dəniz forumu adlanır, lakin aydındır ki, aramızdakı irimiqyaslı əməkdaşlıq o zaman mümkündür ki, Qara dəniz ilə Xəzər dənizini bağlayan regional layihələri birgə həyata keçirək. İndi, regionumuzdakı yeni reallıqlar və irimiqyaslı regional layihələrin nəticələr verməsi fonunda bu məsələ daha böyük əhəmiyyət kəsb etməyə başlayır.

Azərbaycan öz tərəfdaşları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Biz irimiqyaslı enerji və nəqliyyat layihələrini həyata keçiririk və bu layihələr artıq regional inkişaf meyillərinə öz təsirini göstərir. Azərbaycan öz enerji strategiyasını uğurla yerinə yetirir. Artıq dünən Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən boru kəməri fəaliyyətə başlamışdır və ilk Azərbaycan nefti Ceyhan limanından gəmi ilə yola salınmışdır. Bu, nadir bir infrastrukturdur. Dünyada ilk dəfə olaraq, Xəzər dənizi ilə Aralıq dənizi regionları çox güclü infrastruktur vasitəsilə birləşdirilmişdir. Azərbaycanın nəhəng neft və qaz ehtiyatlarının olmasını nəzərə alsaq, bu hadisə ölkəmizin uğurlu inkişafına imkan yaradacaq, dostlarımız və tərəfdaşlarımıza ümumi fayda gətirəcəkdir.

Ölkəmiz özünün qaz layihəsi üzərində də fəal surətdə çalışır və Azərbaycan qazını Qara dəniz və Aralıq dənizi regionuna nəql edəcək qaz boru kəməri bu ilin sonuna kimi fəaliyyətə başlayacaqdır. Bu gün Xəzər dənizi boru kəmərləri vasitəsilə Qara dəniz və dünya bazarına çıxış hesab olunan Aralıq dənizi ilə birləşir. Bu, yeni imkanlar yaradır. Azərbaycan qonşu dövlətlərə çox etibarlı enerji daşıyıcıları ixracçısına çevrilir və bundan maksimum şəkildə faydalanmaq, eyni zamanda, regionda daha yaxşı şərait yaratmaq üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, bu da öz növbəsində regional əməkdaşlıq, təhlükəsizlik və sülh məsələlərinə töhfəsini verəcəkdir.

Ölkəmiz Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və müəyyən mənada təbii körpü rolunu oynayır. Lakin bu körpünü möhkəmləndirmək üçün biz regionun bütün ölkələri ilə sıx əlaqə şəraitində çalışmalıyıq. Avropaya Azərbaycandan, habelə Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan istiqamətlənən nəqliyyat layihələri daha mühüm xarakter daşımağa başlayır. Tarixi İpək yolunun bərpası, TRASEKA proqramı, Mərkəzi Asiyanı Avropa ilə birləşdirə biləcək və inşasını planlaşdırdığımız Qars-Tbilisi-Bakı dəmir yolu xətti layihələri yalnız niyyət, ideyalar deyildir. Onların böyük əksəriyyəti artıq uğurla başa çatdırılmışdır. Bu layihələrin həyata keçirilməsi üçün milyardlarla dollar investisiya, region ölkələrinin, ABŞ-ın güclü siyasi dəstəyi tələb olunmuşdur. İndi Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq arzu deyil, reallıqdır. Bu isə o deməkdir ki, biz dünya miqyaslı layihələri uğurla həyata keçirə bilərik və hər kəs, bütün dostlarımız bundan faydalanacaqdır.

Hazırda Azərbaycanda iqtisadiyyat çox sürətlə inkişaf edir. Keçən il ölkəmizdə ümumi daxili məhsulun artımı 26 faiz olmuşdur, bu ilin ilk dörd ayı ərzində isə bu rəqəm 39 faiz təşkil etmişdir. Sənaye məhsulunun artımı ötən dörd ay ərzində demək olar ki, 50 faiz olmuşdur. Ötən iki il yarım ərzində Azərbaycanda təxminən 400 min yeni iş yeri açılmışdır. Xalqımız bütün bu müsbət proseslərdən faydalanır və biz bu nailiyyətlərimizi dostlarımız və tərəfdaşlarımız ilə də bölüşə bilərik.

Eyni zamanda, mən qəti inanıram ki, uzunmüddətli iqtisadi inkişafa yalnız o zaman nail olmaq olar ki, ölkədə siyasi təsisatlar güclü olsun, demokratik proseslər inkişaf etsin. Yoxsul ölkədə həqiqi demokratik cəmiyyət qurmaq olmaz. Eyni zamanda, güclü ictimai nəzarət, demokratik təsisatlar olmadan da, sadəcə, böyük enerji ehtiyatları, nəqliyyat dəhlizləri, iqtisadi potensial ilə tam uğur qazanmaq mümkün deyildir. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir və bu, özünün uğurlu olmasını göstərir.

Bunlarla yanaşı, region üçün təhlükələr və risklər də mövcuddur. Əlbəttə ki, Azərbaycan, Gürcüstan və Moldovada mövcud olan dondurulmuş münaqişələr regional inkişaf qarşısında duran ən böyük təhlükə və maneələrdir. Hesab edirəm ki, Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin aradan qaldırılması üçün vahid həll yolu tapılmalıdır. Belə ki, bütün bu münaqişələrin mənşəyi eynidir, onlar separatizm nəticəsində başlanmışdır. Bu münaqişələrin nəticələri də eynidir. Belə ki, münaqişələr nəticəsində Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Bu münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Münaqişələr kiminsə ideyaları, arzuları, gözləntiləri və ya planları əsasında həll edilə bilməz. Beynəlxalq normalar mövcuddur və Azərbaycan münaqişələrin bu normalar çərçivəsində həllinə tam sadiqdir.

Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq birlik, BMT tərəfindən tanınmışdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ munaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Münaqişə nəticəsində on ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ və onun inzibati sərhədlərindən kənarda yerləşən daha 7 rayon işğal olunmuşdur. Qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyon azərbaycanlı münaqişənin nəticələrindən əziyyət çəkir. Biz beynəlxalq birliyin münaqişənin həlli ilə bağlı mövqeyini açıq şəkildə bəyan etməsindən məmnunuq.

BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur. Keçən ilin əvvəlində Avropa Şurası tərəfindən münaqişə ilə bağlı qətnamə qəbul edilmişdir və bu qətnamədə açıq şəkildə bildirilir ki, Avropa Şurasının üzvü olan bir dövlət, Ermənistan, digər üzv dövlətin, Azərbaycanın ərazisini işğal etmiş və bu, böyük humanitar fəlakətə səbəb olmuşdur. Biz digər beynəlxalq təşkilatların da mövqeyindən məmnunuq. Bu yaxınlarda GUAM-ın sammiti zamanı həll edilməmiş münaqişələrlə bağlı xüsusi bəyannamə qəbul olunmuşdur və biz bu məsələdə dostlarımızla əlaqə şəraitində çalışmaqdan məmnunuq.

Öz müqəddəratını təyin etmək prinsipi də mövcuddur. Lakin erməni xalqı Ermənistan dövləti çərçivəsində artıq bir dəfə öz müqəddəratını təyin etmişdir. Hesab edirik ki, ermənilərin öz müqəddəratını yenidən Azərbaycan ərazisində təyin etməsi yolverilməzdir. Dünyada çoxlu erməni icmaları var və təsəvvür etmək mümkündür ki, onlar yaşadıqları hər bir dövlətdə öz müqəddəratlarını təyin etsələr, nə baş verə bilər. Bir daha qeyd edirəm ki, biz bu münaqişəni dinc yolla həll etmək istəyirik, ölkəmiz sülh prosesinə sadiqdir. Lakin Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Bu münaqişənin və regionda olan digər oxşar münaqişələrin dinc yolla həllinə nail olsaq, əminəm ki, region daha təhlükəsiz olacaq, buradakı inteqrasiya prosesləri daha sürətlə gedəcək, daha geniş beynəlxalq əməkdaşlıq həyata keçirə biləcəyik. Azərbaycanın, birlikdə dünya miqyaslı nəqliyyat və enerji layihələrini həyata keçirdiyimiz tərəfdaşlarımızın təcrübəsi göstərir ki, bunu etmək mümkündür və bu, yalnız sülh, sabitlik, gələcək ilə bağlı müəyyənlik və təhlükəsizlik gətirir. Ən əsası da odur ki, insanlar bundan faydalanırlar. İnsanlar “nə müharibə, nə sülh” şəraitində yaşaya bilməzlər. Avropa ərazisində tanınmamış, qeyri-qanuni qurumların mövcudluğuna dözümümüz sonsuz ola bilməz. Buna görə də münaqişələrin dinc yolla həll edilməsi işində bizə kömək etmək üçün beynəlxalq birlik tərəfindən bu məsələ ilə bağlı çox sərt mesaj verilməli, çox güclü əməli tədbirlər həyata keçirilməlidir. Bütün bu məsələlər bir-birilə bağlıdır.

Regionun siyasi inkişafı, demokratik dəyişikliklər, Avropaya inteqrasiya, sülh, təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri məsələlərini bir-birindən ayıra, onların birində uğur qazanıb digərində uğursuzluğa düçar ola bilmərik. Bu məsələlərlə eyni vaxtda məşğul olmalıyıq və Azərbaycan bunu etməyə hazırdır. Bir daha qeyd edirəm ki, biz regional əməkdaşlığın səviyyəsindən olduqca məmnunuq. Ölkəmiz bu regional əməkdaşlığa çox mühüm töhfə verir və bundan çox fayda götürürük. Hesab edirəm ki, bu forum perspektivləri qiymətləndirmək, nailiyyətləri təhlil etmək və gələcək əməkdaşlıq istiqamətlərimizi müəyyənləşdirmək üçün çox gözəl imkandır.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir