İQTİSADİYYAT
Cari ildə dəmir yolu ilə 1,7 milyondan çox sərnişin daşınıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 1 milyon 766,3 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə dəmir yolu nəqliyyatı ilə 9,1 milyon ton yük daşınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 2,3 faiz azalma, sərnişin daşınmasında isə 9,2 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 339 vaqon yüklənib, 404 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,7 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]