Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cari ilin birinci rübündə Şəkidə ümumi məhsul buraxılışının həcmi 5,4 faiz artmışdır

Şəki, 24 aprel (AZƏRTAC). Cari ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 48 milyon 954 min manatlıq məhsul buraxılmışdır. Bu, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur. Rüb ərzində əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 66 milyon 912 min manat olmuşdur. Birinci rübdə rayonda istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların həcmi 11 milyon 632 min manat təşkil etmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 25,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 71,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, rüb ərzində 804 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. İlin ilk rübündə rayonda 288 yeni, daimi iş yeri açılmışdır.

AZƏRTAC xəbər verir ki, bu faktlar Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və cari ilin birinci rübündə rayonda görülmüş işlərlə bağlı Şəki Şəhər İcra Hakimiyyətində keçirilən geniş şura iclasında icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində səsləndirilmişdir.

Bildirilmişdir ki, cari ilin birinci rübündə də kənd təsərrüfatında özəl bölmə diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 76 min 235 hektar sahəyə aqrotexniki qulluq olunmuş, sahələrə yemləmə gübrəsi verilmişdir. Bu il rayonda yazlıq bitkilərin əkin sahələrinin 650 hektar artırılaraq 8100 hektara çatdırılması nəzərdə tutulur. Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini mütəşəkkil davam edir. Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə rayon ərazisində genişmiqyaslı yaşıllaşdırma işlərinə başlanmış, rüb ərzində magistral yolların kənarlarında, şəhərin müxtəlif ərazilərində, qəsəbə və kəndlərdə 30 mindən çox ağac əkilmişdir.

Hesabatda rayonda aparılan tikinti-quruculuq işləri barədə də məlumat verilmişdir. Azərbaycan Prezidentinin 2011-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq, Şəkinin milli memarlıq ənənələri və üslubunun qorunub saxlanması şərti ilə müasir şəkildə yenidən qurulması istiqamətində tədbirlərin davam etdirildiyi, şəhərin küçə və prospektlərində, parklarda əsaslı təmir, bərpa və yenidənqurma işlərinin aparıldığı, dövlətimizin başçısının tapşırığına uyğun olaraq tezliklə şəhərdə “Yay teatrı”nın inşasına başlanacağı diqqətə çatdırılmışdır.

Məlumat verilmişdir ki, hazırda şəhərdəki 5 nömrəli tam orta məktəb üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu və Aşağı Layısqı kəndlərinin hər birində 360, Çələbixan qəsəbəsində 180 yerlik yeni məktəb, Aşağı və Baş Göynük kəndlərində yeni xəstəxana binalarının tikintisi, habelə doğum evi kompleksinin dövlət vəsaiti hesabına əsaslı təmiri davam etdirilir. Bundan əlavə, bu ilin sonunadək Şəki şəhərində Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın, yetkinlik yaşına çatmayan uşaqlar üçün 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin və 25 yerlik sosial sığınacağın tikintisinə başlanılması nəzərdə tutulur.

Əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırlması sahəsində də işlər davam etdirilmişdir. Birinci rüb ərzində 481 mənzil təbii qazla təmin edilməklə, abonentlərin ümumi sayı 18339 nəfərə çatdırılmış, 2010-cu ildə icrasına başlanılan Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər isə artıq yekunlaşmaq üzrədir.

Qeyd olunmuşdur ki, ümumiyyətlə, 2012-ci il Şəkinin tarixində “yubileylər ili” kimi yadda qalacaqdır. Cari ildə M.F.Axundzadənin 200 illik, Şəki xanları sarayının 250 illik, şəhər 5 nömrəli tam orta məktəbin 180 illik yubileylərinin, habelə “İpək yolu” III Beynəlxalq Musiqi Festivalının keçirilməsi, “Şəhər Günü”nün bayram edilməsi nəzərdə tutulur.

Məruzədə, həmçinin rayonun turizm infrastrukturunun yaxşılaşdırılması, turizm potensialının daha geniş təbliği, əhalinin ərizə və şikayətlərinə baxılması, qanunçuluğun möhkəmləndirilməsi və digər məsələlərdən bəhs olunmuş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Məruzə ətrafında çıxışlar olmuşdur.

Şura iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2012-ci ilin birinci rübündə respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sahədə əldə olunan uğurlardan danışmış, tövsiyələrini bildirmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir