REGİONLAR
Cənub bölgəsinə yağan qar Lənkəran-Lerik yolunda avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb
Lerik, 1 fevral, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 30-da axşam saatlarından başlayaraq cənub bölgəsinin dağlıq ərazisinə yağan qar Lənkəran-Lerik yolunda avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb.
AZƏRTAC xəbər verir ki, yolun 28-ci kilometrliyində irigövdəli ağacların əraziyə düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti müəyyən müddətə dayandırılıb.
Magistral yolda avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədilə gecə saatlarında 52 nömrəli Lerik Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi ərazidə təmizləmə işləri aparıblar.
Hazırda avtomobillərin hərəkəti təmin edilsə də, yolun 40-cı kilometrliyindən başlayaraq 56-cı kilometrə qədər olan ərazi buz bağladığından sürücülər üçün təhlükəli olaraq qalır.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, yağan qar rayonda elektrik enerjisinin və təbii qazın verilməsində hər hansı bir problem yaratmayıb.