İDMAN
Cənubi Afrika Respublikasında Dünya Otüstü Xokkey Liqası turnirinin ikinci mərhələsinin oyunları keçiriləcəkdir
Bakı, 7 yanvar (AZƏRTAC). Yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində Dünya Otüstü Xokkey Liqası turnirinin ikinci mərhələsinin oyunları keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, qadın xokkeyçilərdən ibarət Azərbaycan milli komandası da yarışda mübarizə aparacaqdır.
Hazırda Bakıda təlim-məşq toplanışında olan komandamız yanvarın 16-da CAR-a yollanacaqdır. Millimiz ilk oyununu yanvarın 21-də Qana yığmasına qarşı keçirəcəkdir. Qızlarımız bir gün sonra Avstriya, yanvarın 24-də Litva, yanvarın 26-da CAR, ertəsi gün isə Belçika millisi ilə qarşılaşacaqdır.
Dairəvi sistem üzrə keçiriləcək yarışda ilk iki yeri tutacaq komanda Dünya Otüstü Xokkey Liqası turnirinin üçüncü mərhələsinə vəsiqə qazanacaqdır.