DÜNYA
Cənubi Koreyada “quş qripi”nə görə 120 min toyuq və ördək məhv edilir
Bakı, 7 iyun, AZƏRTAC
Cənubi Koreyanın karantin qurumu Cecu adasında “quş qripi” virusuna görə 120 min toyuğun və ördəyin məhv edilməsinə başlayıb.
Yonhap agentliyi Cecu vilayət hakimiyyətinə istinadla xəbər verir ki, 26 fermada həyata keçirilən proses “quş qripi” virusuna dair elan edilmiş ən yüksək həddə xəbərdarlıqla əlaqədardır.
Ötən cümə günü Cecu adasındakı quşçuluq fermalarından birində toyuqlarda “quş qripi” virusu aşkar ediləndən bəri ölkə üzrə 38 min toyuq və ördək məhv edilib ki, bunun da 10400-ü Cecu adasının payına düşüb. Ötən ilin noyabrından bəri isə ölkə üzrə 30 milyondan çox quş sözügedən virusa görə məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]