DÜNYA
Çexiya vətəndaşına qarşı terror aktı hazırlamaq ittihamı irəli sürülüb
Bakı, 23 dekabr, AZƏRTAC
Prokuror İŞİD-ə qoşulmaq niyyətində olan Çexiya vətəndaşına qarşı terror aktı hazırlamaq ittihamı irəli sürüb. “Çexiya Radiosu” xəbər verir ki, bu cinayət müstəsna cəza tədbirini nəzərdə tutur ki, bu da Çexiya qanunvericiliyinə görə, ömürlük həbs cəzası ola bilər. Cinayət işi baxılması üçün Plzen diyar məhkəməsinə verilib. KİV-lərin “Yan S.” adlandırdığı müttəhim 2016-cı il fevralın 5-də İstanbul aeroportunda Türkiyənin hakimiyyət orqanları tərəfindən saxlanılıb. O, “İslam Dövləti” silahlılarının nəzarət etdiyi əraziyə gedib çıxmaq üçün sərhəddə yerləşən şəhərə uçmağa cəhd göstərib. Daha sonra ölkəsinə göndərilən çexiyalı 2016-cı ilin iyulundan həbsdədir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]