DÜNYA
Çexiyada qaraçı şagirdləri hesaba almaq istəyirlər
Praqa, 24 sentyabr (AZƏRTAC). Çexiyanın məktəb inspeksiyası xüsusi təhsil müəssisələrində oxuyan qaraçı uşaqların sayını yenidən hesablamağı qərara almışdır. Müəllimlər bu qərara qarşı çıxırlar. Onların fikrincə, uşağın qaraçı ailəsindən olub-olmadığının hansı əlamətlərə görə müəyyənləşdirilməsi aydın deyildir, xüsusən ona görə ki, uşaqlar haqqında belə məlumatların toplanması qanuna ziddir.
Məmurları qaraçı uşaqlarını saymaq qərarına sövq edən, nə qədər qəribə olsa da, insan hüquqları üzrə Avropa məhkəməsinin qətnaməsidir. Həmin sənəddə deyilir ki, Çexiyada qaraçı uşaqlarını avtomatik və əsassız olaraq xüsusi məktəblərə göndərirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]