DÜNYA
Çexiyada Yeni il atəşfəşanlığı “çex bülbülü”nün xatirəsinə həsr ediləcək
Praqa, 21 noyabr, AZƏRTAC
Çexiya paytaxtı hakimiyyət orqanlarının büdcə vəsaitinə qənaət etmək məqsədi ilə bu yaxınlarda Yeni il atəşfəşanlığından imtina etmək barədə qərar qəbul etməsinə baxmayaraq, belə tədbirlərin keçirilməsinə lisenziyası olan əməliyyat şirkəti Yeni il gecəsində bu il vəfat etmiş Karel Qottun xatirəsinə həsr olunmuş pirotexnik şou üçün vəsait toplandığını elan edib.
AZƏRTAC xəbər verir ki, Çexiya paytaxtı meriyasının qərarı ilə şəhərin vəsaiti hesabına atəşfəşanlıqlar yerinə Milli Muzeyin binasının fasadında videomeppinq keçiriləcək.
Tədbirin təşkilatçıları bildiriblər ki, praqalılar atəşfəşanlıq istəklərini həyata keçirmək üçün fəal surətdə ianə edirlər. Təşkilatın nümayəndəsi deyib: “Praqalılar həyatdan köçmüş “çex bülbülü”nə öz sevgilərini məhz bu şəkildə izhar edirlər”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]