Çində elektriklə işləyən sürücüsüz yük avtomobilləri sınaqdan çıxarılıb
Pekin, 13 aprel, AZƏRTAC
Çində yerli istehsal olan və elektrik enerjisi ilə işləyən pilotsuz yük avtomobili sınaqdan çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Tiencin şəhərindəki limanda test edilən yük avtomobili hərəkət, parklama, konteyner daşıma və boşaltma tapşırıqlarını, manevrləri uğurla yerinə yetirib. Avtomobil lazer radarları, yüksək dəqiqlikli (HD) kameralar, kompüter avadanlığı ilə təchiz olunub.
Limanın rəsmisi Cu Liani deyib ki, uğurlu test gələcəkdə bu cür avtomobillərin limanda geniş istifadəsinə imkan yaradır.
Qeyd edək ki, bir saata batareyaları tam dolan avtomobil 120 kilometr məsafə qət edə bilər. Avtomobil gecə, dumanlı, yağışlı və qarlı havada da çətinlik çəkmədən hərəkət edə bilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]