DÜNYA
Çində “Usaqi” tayfunu ilə əlaqədar əhaliyə xəbərdarlıq edilmişdir
Pekin, 21 sentyabr (AZƏRTAC). “Usaqi” tayfunu Çinin cənub və cənub-şərq sahillərinə yaxınlaşır. Bununla əlaqədar əhaliyə xəbərdarlıq edilmişdir. Bölgədə dövlət qurumları gücləndirilmiş iş rejiminə keçmiş, insanlara və infrastruktura dəyə biləcək zərərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərə başlanılmışdır.
Sentyabrın 17-də Sakit okeanda yaranmış tayfun təxmini saatda 15 kilometr sürətlə sahilə yaxınlaşır. Sinoptiklərin proqnozuna görə “Usaqi” tayfunu sentyabrın 22-də Çinin Quandun və Fucian əyalətlərinin sahillərinə çatacaqdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekini
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]
ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO
- 27.04.2024 [13:32]