İQTİSADİYYAT
“Çıraq” Neft Layihəsi üzrə işlərin 90 faizi Azərbaycanda görüləcəkdir
Bakı, 9 mart (AZƏRTAC). “bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, “Çıraq” Neft Layihəsi (ÇNL) üzrə 2010-cu ildə və cari ilin ilk iki ayında tikinti cədvələ və plana uyğun olaraq davam etmişdir. Layihənin tikinti və dənizdə görüləcək işləri tenderdə qalib gəlmiş şirkətlər tərəfindən yerinə yetiriləcəkdir.
Tikintiyə 9 milyon adam-saat sərf olunacaqdır. Bu işlərin 90 faizi Azərbaycanda görüləcək və onun da 80 faizi yerli işçi qüvvəsi tərəfindən həyata keçiriləcəkdir. Tenderlərdə qalib gəlmiş şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunmuşdur. Nəticədə ÇNL üzrə ümumi xərclərin 30 faizdən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]