CƏMİYYƏT
Cinayət törətmiş 40 nəfər tutulub
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 68 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, yeddi nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 40 nəfər tutulub.