ELM VƏ TƏHSİL
“Clarivate Analytics” şirkəti Neft-Kimya Prosesləri İnstitutunda seminar keçirib
Bakı, 1 oktyabr, AZƏRTAC
“Clarivate Analytics” şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularında seminar keçirib.
NKPİ-dən AZƏRTAC-abildirilib ki, əvvəlcə seminarda professor Leylufər Əliyeva “Clarivate Analytics” şirkəti haqqında ətraflı məlumat verib. Sonra “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina iştirakçıları “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, dərc ediləcək məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktik məsələlərlə bağlı məlumatlandırıb, sualları cavablandırıb.