Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Daha güclü, daha yaxşı inteqrasiya olunmuş və daha sıx birləşmiş Türk dünyasına doğru

Daha güclü, daha yaxşı inteqrasiya olunmuş və daha sıx birləşmiş Türk dünyasına doğru

Bakı, 12 noyabr, AZƏRTAC

Son illər ərzində türk dövlətləri arasında əməkdaşlıq öz səmərəliliyini sübut etmiş və yeni geosiyasi reallıq kimi vahid Türk dünyasının yaranmasına səbəb olmuşdur. Tarixi qardaşlıq əlaqələri, ortaq dil, mədəniyyət və adət-ənənələrdən ilhamlanan bu fenomen nəhəng Avrasiya materikində mühüm siyasi və iqtisadi nəticələr əldə etməyə imkan verib.

Tarix sübut edir ki, türk xalqları arasında əməkdaşlıq heç də yeni fenomen deyil. Ancaq onların arasında qarşılıqlı fəaliyyət uzun illər boyu - Soyuq müharibənin sonuna qədər həmin dövlətlər öz müstəqilliklərini bərpa edən dövrədək kəsilib. Bundan dərhal sonra türk dövlətləri öz aralarında yeni əlaqələr sisteminin müəyyən etməyə başladılar. Bu, böyük tarixi hadisə idi və aralarında əsrlər boyu mövcud olan maneələrin və bölücü xətlərin olmasını istəməyən türkdilli xalqların seçiminin təbii nəticəsi kimi ortaya çıxdı.

Bu fikirlər Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin “Daha güclü, daha yaxşı inteqrasiya olunmuş və daha sıx birləşmiş Türk dünyasına doğru” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bu gün türk dövlətləri özünəməxsus şəkildə inkişaf edən, əhatə dairəsi və miqyası getdikcə genişlənən əməkdaşlığı dəstəkləmək üçün böyük nailiyyətlərə imza atırlar. Misal üçün, 2018-ci ildə türk dövlətləri arasında əməkdaşlıq prosesində iştirak edən dövlətlərin sayı dörd idi. Bu gün bu ölkələrin sayı yeddiyə çatıb. Digər tərəfdən, 2009-2017-ci illərdə yalnız 5 Zirvə görüşü keçirilmişdisə, son altı ildə Türkdilli ölkələrin dövlət başçılarının 6 toplantısı baş tutub.

Türkdilli dövlətlərin başçılarının 2021-ci ildə İstanbulda keçirilən son Zirvə toplantısı Türk dünyasının birləşməsi baxımından tarixi dönüş nöqtəsi oldu. Türk dövlətləri arasında bu əməkdaşlığın möhtəşəm nəticəsi heç də asanlıqla əldə olunmayıb. Türk dövlətləri arasında bugünkü qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər onların aydın siyasi seçimləri, qətiyyətli mövqeləri və qabaqcadan düşünmək cəsarəti sayəsində addım-addım qurulub.

Vahid Türk dünyası artıq reallıq olsa da, hələ tamamlanmayıb. Bu, türk dövlətlərinin iqtisadi inteqrasiyasına nail olmaq məqsədi daşıyan və hazırda davam edən bir prosesdir. Lakin inteqrasiya səylərinə yalnız iqtisadi baxımdan baxmaq düzgün olmazdı. Ortaq mədəni zənginliyi, dəyərləri, prinsipləri və maraqları təşviq etmək türk tərəfdaşlığının əsasını təşkil edir. Türk dövlətləri öyrənməli, inkişaf etməli və ortaq cəhətləri ilə bir-birinə bağlanmalıdır.

Bundan əlavə, türklərin inteqrasiya səyləri türk coğrafiyasını öz daxilində və ətrafında sülh və sabitliyə töhfə verən, qlobal problemlərin həllində mühüm rol oynayan, təhlükəsiz və firavan bir cazibə və maarifləndirmə mərkəzi kimi formalaşdırmalıdır.

Etiraf etmək lazımdır ki, Türk dünyasına inteqrasiya üçün bu gün daha əlverişli şərait yaranıb. Hazırda türk dövlətləri arasındakı münasibətlər əhəmiyyətli dərəcədə əməkdaşlıq ruhu ilə aşılanıb. Hökumətlər türk dövlətləri arasında inteqrasiya prosesində daha da irəliyə getmək üçün öz siyasətlərində dəyişikliklər edirlər. Vətəndaşlar isə getdikcə daha çox başa düşürlər ki, türk dövlətləri bütövlükdə daha güclü olacaq, onların inteqrasiyası insanların rifahına və gündəlik həyat şəraitinin daha da yaxşılaşmasına töhfəsini verəcək.

Bu məqalədə türk dövlətləri arasında əməkdaşlığın ümumi vəziyyəti, əsas oyunçuların və mexanizmlərin qısa təhlili, eləcə də bu əməkdaşlığın əsas nailiyyətləri və inkişaf perspektivləri təqdim olunur.

Türk dövlətləri arasında əməkdaşlığın inkişafında əsas mərhələlər

Müasir Türk dünyasının əməkdaşlıq prosesi rəsmi olaraq 1992-ci ildə türkdilli ölkələrin liderlərinin tarixdə ilk dəfə Ankarada bir araya gəlməsi ilə başlayıb. Bu, öz müqəddəratını təyin etmək arzusunda olan bütün türk xalqları üçün ilhamverici hadisə idi.

1992-2009-cu illərdə dövlət başçılarının səkkiz Zirvə görüşü keçirilib. Onlar həmrəyliyin gücləndirilməsi və türkdilli dövlətlərin cəmiyyətlərinin müxtəlif sahələrdə hərtərəfli əməkdaşlığına istiqamət vermək üçün nadir platforma yaratdılar. Daha sonra bu Zirvə görüşləri türk dövlətləri arasında əməkdaşlığının mərhələli şəkildə institusionallaşmasına zəmin yaratdı. Bu xüsusda, 1993-cü ildə türkdilli xalqları mədəniyyət və incəsənət vasitəsilə bir-birinə daha da yaxınlaşdırmaq üçün mərkəzi ofisi Ankarada olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) yaradıldı. Digər tərəfdən, mərkəzi ofisi Bakıda olmaqla 2008-ci ildə yaradılmış Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) türkdilli dövlətlər arasında əməkdaşlığa sadiqliyi dəstəkləyən əsl işçi parlament forumuna çevrildi.

İllər keçdikcə müxtəlif sahələrdə artan əməkdaşlıq türkdilli dövlətlərin əməkdaşlıq prosesini koordinasiya etmək üçün ayrıca mərkəzi təşkilatının yaradılması tələb olunurdu. Qazaxıstan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında Naxçıvan Sazişinin imzalanması ilə 2009-cu ildə rəsmi fəaliyyətə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılmasında vasitəçi rolunu öz üzərinə götürdü. Beləliklə, Türk Dövlətləri Təşkilatının yaradılması ilə Türk dünyası özünün regional siyasətini fəal şəkildə həyata keçirən aktora çevrilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2018-ci ildə Macarıstana müşahidəçi statusu verməklə və 2019-cu ildə Özbəkistanın tamhüquqlu üzv kimi təşkilata qoşulması ilə coğrafi baxımdan daha da genişlənib. Türkmənistan 2021-ci ildə rəsmi olaraq bu təşkilata qəbul edilib. Bu gün türk dövlətləri əməkdaşlığının daha geniş olduğunu, eləcə də hər bir türk dövlətinin bu əməkdaşlıq prosesindən faydalandığını və bu prosesə töhfə verdiyini görmək sevindirici haldır.

Türk dövlətləri arasında əməkdaşlığın dönüş nöqtələrindən biri Türkdilli dövlət başçılarının 2019-cu ildə Bakıda keçirilmiş Zirvə Görüşü oldu. Bu toplantıda üzv dövlətlər gələcəkdə vahid mövqedən çıxış etməyə hazır olduqlarını bildirərək, münasibətlərini əməkdaşlıqdan tədricən inteqrasiya səviyyəsinə keçirməyi qərara aldılar. Məhz buna görə də Bakı Zirvə Görüşü birləşmiş türk dünyası istiqamətində atılmış ilk həlledici addım kimi yadda qalıb.

Türk dövlətləri arasında əməkdaşlığın ən mühüm dönüş nöqtəsi 2021-ci ildə İstanbulda keçirilən ölkə başçılarının Zirvə Görüşü olub. Bu toplantıda türkdilli ölkələrin birliyi və bütövlüyü üçün, eləcə də türk dünyasının gələcək istiqamətini müəyyənləşdirən önəmli qərarlar qəbul edilib. İlkin olaraq, Türk Şurası Türk Dövlətləri Təşkilatı (TDT) adlandırıldı və tamhüquqlu beynəlxalq təşkilata çevrildi. İkincisi, təşkilata Türkmənistanın da cəlb olunması ilə məqsəd bütün Türk dünyasını birləşdirmək idi. Üçüncüsü, Zirvə Görüşünün iştirakçıları türkdilli ölkələrin inteqrasiya səylərini dəstəkləyən və əməkdaşlığın uzunmüddətli məqsədlərini müəyyənləşdirən “Türk dünyasına baxış - 2040” sənədini qəbul etdilər.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və təşkilat çərçivəsində əməkdaşlığın qurulması artıq daha aydın görünür. Türk Dövlətləri Təşkilatına bütün üzv ölkələrin gözləntiləri siyasi baxımdan daha güclü tərəfdaşlıqdan, iqtisadi cəhətdən genişlənmiş iqtisadi fürsətlərdən və təkmilləşdirilmiş kommunikasiyadan, eləcə də geosiyasi baxımdan daha çox sabitlik və təhlükəsizlikdən faydalanmaqdır.

Əməkdaşlığın institusional quruluşu

Türk Dövlətləri Təşkilatı özünün bir çox yüksək səviyyəli qurumları vasitəsilə üzv ölkələri siyasi dialoq, texniki əməkdaşlıq və birgə fəaliyyət məqsədilə bir araya gətirir. Məsələn, Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi və nazirlər bir neçə müvafiq səviyyəsində konfranslar. Türk Dövlətləri Təşkilatının əsas qərarverici orqanı Dövlət Başçıları Şurasıdır. Bu Şuraya sədrliyi isə təşkilatın mövcud sədrliyini icra edən ölkə həyata keçirir. Xarici İşlər Nazirləri Şurası ümumi fəaliyyətə və maliyyə məsələlərinə nəzarət edir. Yüksək Vəzifəli Şəxslər Komitəsi isə işləri əlaqələndirir və sənədlərin layihələrini qəbul üçün Xarici İşlər Nazirləri Şurasına, təsdiq üçün isə Dövlət Başçıları Şurasına göndərir. Təşkilatın Ağsaqqallar Şurasının strukturu və təsir dairəsi son vaxtlar daha da güclənib və daimi məsləhətçi qurum kimi fəaliyyət göstərir.

2011-ci ildən sonra müxtəlif sahələrdə əməkdaşlıq daha da inkişaf edib. İqtisadiyyat, mədəniyyət, təhsil, nəqliyyat, turizm, media, İKT, gənclər və idman, səhiyyə və enerji nazirləri çərçivəsində keçirilən görüşlər bu günə qədər davam etməkdədir. Xüsusilə son dörd ildə nazirlər arasında görüşlər daha da intensivləşib və müvafiq nazirliklər ilə əlaqəli bir çox koordinasiya icması yaradılıb. Nazirlər səviyyəsində görüşlər də müvafiq İşçi qruplarının qətiyyətli səyləri ilə dəstəklənir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Baş katib, İstanbulda yerləşən Katiblik və Budapeştdəki nümayəndəlik tərəfindən əlaqələndirilir. Katiblik dövlət başçılarının qərarlarının həyata keçirilməsində operativ qurum kimi çıxış edir və digər yüksək səviyyəli forumlarda razılaşdırılmış tədbirlərin həyata keçirilməsində hökumətlərə kömək göstərir.

Katiblik, həmçinin ehtiyacların müəyyən edildiyi, lakin əməkdaşlıq mexanizmlərinin mövcud olmadığı sahələrdə yeni regional təşəbbüslər üçün mühüm inkubator rolunu oynayır. Beləliklə, yuxarıda adları çəkilən TÜRKSOY və TÜRKPA ilə yanaşı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası, Türk Şurası Gənclər Platforması, Türk Universitetlər Birliyi, Türk İş Şurası da daxil olmaqla, əlaqəli və törəmə qurum və şəbəkələrin sayı artmaqdadır.

TDT ölkələrinin əməkdaşlığa sadiqliyi Katibliyə öz mandatını uğurla yerinə yetirməyə imkan verib. Katiblik bütün hökumətləri ilə sıx əməkdaşlıq edir və müxtəlif əməkdaşlıq sahələrində bir çox regional proqramlar hazırlayır və onların icrasını dəstəkləyir. Ən əsası, bu illər ərzində TDT-nin katibliyi üzv ölkələrin dəyişən tələbatlarını nəzərə alaraq müvafiq siyasətin hazırlanması işini müəyyən etmək baxımından səmərəliliyini sübut edib.

Türk dövlətləri əməkdaşlığının 30 illik dövr ərzində əldə etdiyi əhəmiyyətli nailiyyətlər

Otuz il ərzində türk dövlətləri arasında əməkdaşlıqla bağlı xeyli irəliləyiş və kifayət qədər güclü nailiyyətlər əldə olunub. TDT ölkələri arasında tarixi əlaqələr planlı və davamlı əməkdaşlığa çevrilib. Bir sıra nazirlərin görüşlərinin keçirilməsi ilə müvafiq sahələrlə bağlı əməkdaşlıq gücləndirilib. TDT müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səmərəli mexanizmə malik tamhüquqlu beynəlxalq təşkilat kimi özünü təsdiqləyib. Türk dövlətləri arasında əməkdaşlığın gündəliyi indi milli idarələrə, maraqlı tərəflərə və hədəf qruplara daha səmərəli şəkildə çatdırılır.

Hətta son bir neçə ilin təhlili göstərir ki, TDT və ona bağlı və tabe olan qurumların həyata keçirdiyi fəaliyyətlərin intensivliyi heyranedicidir. Aşağıda TDT ölkələrinin əməkdaşlığının mühüm nailiyyətlərinə dair nümunələr qeyd olunub:

Xarici siyasətdə daha çox harmoniya: TDT ölkələri xarici siyasətlərində harmoniyanı daha da gücləndiriblər və getdikcə beynəlxalq məsələlərdə vahid qrup kimi çıxış edirlər. Məsələn, TDT Azərbaycan xalqı ilə güclü həmrəylik nümayiş etdirdi, onun Qarabağı işğaldan azad etməsini və bu ərazilər üzərində suverenliyini bərpa etməsini dəstəklədi.

Türk Dövlətləri Təşkilatı Türkiyənin Suriyanın şimalında haqlı olaraq apardığı “Sülh çeşməsi” əməliyyatını dəstəkləyib, eyni zamanda, Kipr türk xalqının dinc, siyasi cəhətdən bərabər, təhlükəsiz və firavan gələcək arzuları ilə həmrəy olduğunu bildirib.

Yanvar hadisələri zamanı türkdilli ölkələr Qazaxıstan xalqına və siyasi liderinə yüksək həmrəylik nümayiş etdirdilər.

Bu yaxınlarda türkdilli dövlətlər Qırğızıstanın Tacikistanla sərhəddəki vəziyyətin sülh yolu ilə həlli istiqamətində səylərini qətiyyətlə dəstəklədilər.

Daha əvvəl TDT dövlətləri Suriyada böhranın davamlı siyasi həllinin tapılması üçün “Astana Prosesi”nə öz töhfələrini veriblər.

Bundan əlavə, Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoyulması, əsirlərin dəyişdirilməsi və “Taxıl dəhlizi”nin açılması istiqamətində səmimi vasitəçilik səyləri digər türk dövlətləri tərəfindən də qürurla dəstəklənib.

Türkdilli ölkələr arasında əməkdaşlığın koordinasiyasının daha da gücləndirilməsi: Katiblik ilə digər əlaqəli və törəmə qurumlar arasında əməkdaşlıq illər ərzində əsaslı koordinasiya prosesinə və Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə uyğun artan sinerjiyə çevrilmişdir. TDT-nin Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsi bu istiqamətdə mühüm rol oynamaqda davam edir.

Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi: TDT Katibliyi müxtəlif proqram və layihələrin daha çox koordinasiyasını təşviq etmək üçün tərkibində TDT-nin üzv ölkələrinin də daxil olduğu bir çox mühüm beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradıb. Bundan əlavə, Budapeştdəki nümayəndəlik TDT-ni və onun fəaliyyətini Avropa ölkələrində təşviq edir, eləcə də Avropa qurumları ilə əlaqələri gücləndirir.

Daha sıx iqtisadi əlaqələr: TDT öncədən ölkələrinin böyümə və inkişaf prioritetlərini dəstəkləmək, onlar arasında ticarət və investisiyaları artırmaq üzərində çalışıb. Mütəmadi olaraq müvafiq nazirlər və işçi qruplarının görüşləri ilə yanaşı, TDT özəl sektorun fəal iştirakına imkan yaradıb və biznes ictimaiyyəti ilə daha sistemli əməkdaşlıq təqdim edib. Bu səylərdə nəticələrin əldə olunmasında Türk İşgüzar Şurasının fəaliyyəti və biznes forumların mühüm rolu olub.

Bundan başqa, Türk Ticarət və Sənaye Palatasının və Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərarlar iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ümidvericidir. Türk İnvestisiya Fondu fəaliyyətə başladıqdan sonra tədqiqat və innovasiyalar da daxil olmaqla, kiçik və orta sahibkarlığın gücləndirilməsinə və sahibkarlığın inkişafına dəstək verəcək.

TDT ölkələri arasında ümumi məhsul ixracı 2016-cı ildə 13,9 milyard ABŞ dolları olubsa, bu göstərici 2021-ci ildə 25,9 milyard ABŞ dollarına çatıb. TDT gündəliyində ticarətin sadələşdirilməsi, ticarət xidmətlərinin liberallaşdırılması və rəqəmsal ticarətin inkişafı ilə bağlı bir çox digər mühüm təşəbbüslər var ki, bunlar da ticarətin bu həcmini daha da artırmağı vəd edir.

TDT, həmçinin biznes mühitini yaxşılaşdırmaq və regiondaxili birbaşa xarici sərmayələri artırmaq məqsədilə öz investisiya proqramını işləyib hazırlayıb. Bundan başqa, sənayeləşmə, kiçik və orta sahibkarlığa dəstək (KOB) və ağıllı biznes modelləri sahəsində sıx əməkdaşlıq TDT-nin üzvü olan dövlətlər arasında əməkdaşlığa təkan vermişdir.

Bundan əlavə, sənayeləşmə, kiçik və orta sahibkarlığa dəstək və ağıllı biznes modelləri sahəsində sıx əməkdaşlıq TDT ölkələrinin iqtisadi əməkdaşlığını müəyyən edib.

Təkmilləşdirilmiş nəqliyyat əlaqəsi və gömrük əməliyyatları: TDT Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) vasitəsilə səmərəli, sabit və fasiləsiz daşımaları sahəsində maneələri aradan qaldırmaq üçün nazirlər səviyyəsində ölkələri arasında nəqliyyat əlaqəsini və gömrük əməkdaşlığını təşviq edir. Bu baxımdan “Qardaş limanlar” layihəsi TDT ölkələrinin əsas limanları arasında kommersiya və institusional əməkdaşlığın qurulmasına, “Karvansaray” layihəsi isə sərhəd-keçid məntəqələrindən nəzarət prosedurlarının asanlaşdırılmasına töhfə verib. Beynəlxalq Birləşmiş Yük Daşımaları və Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılmasına dair son sazişlər Orta Dəhlizin əhəmiyyətini və səmərəliliyini daha da artıracaq. Onu qeyd etmək lazımdır ki, nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması inkişaf etməkdə davam edir.

İKT, alternativ enerji və kosmik əməkdaşlıq gündəlikdə duran əsas mövzular sırasındadır: İKT və alternativ enerji son zamanlar türk dövlətləri arasında əməkdaşlığın vacib elementlərinə çevrilib. İKT sahəsində, kibertəhlükəsizlik, fiber-optik infrastrukturun gücləndirilməsi, peyk xidmətlərindən istifadə, kosmik agentliklər arasında əməkdaşlıq və elektron imza sertifikatlarının qarşılıqlı tanınması TDT-nın perspektivli mövzularıdır. Bu il TDT, həmçinin İT sahəsində əməkdaşlığa da başlayıb.

Alternativ enerji sahəsinə gəlincə, bərpa olunan enerji sahəsində əməkdaşlıq, bu sahəyə investisiya qoyuluşu və nüvə mühəndislərinin hazırlanması, nüvə infrastrukturu və uran hasilatı sahəsində bilik mübadiləsi əsas prioritetlər sırasındadır.

Təhsil, mədəniyyət, idman və diaspor sahəsində ümidverici nəticələr: Türk dövlətləri arasında əməkdaşlıq Türk dünyasında cəmiyyətlərarası təmasların artırılmasına və kollektiv düşüncənin aşılanmasına böyük əhəmiyyət verir. Buna görə, TDT-nin üzvü olan ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq üçün mobillik problemlərini həll etmək məqsədilə əhəmiyyətli səylər göstərmişdir.

TDT akademik əməkdaşlığı təşviq edən və tələbələrin, müəllim və tədqiqatçı mobilliyini təşviq edən unikal təhsil proqramları təqdim edib. Məsələn, Türk Universitetləri Birliyi ali təhsil sahəsində hərtərəfli əməkdaşlıq prosesinə başlayıb, Orxon Mübadilə Proqramı isə müəllim və tələbələrin əhəmiyyətli mobilliyinə təkan verib. Digər tərəfdən, Türk Akademiyası tərəfindən ortaq tarix, coğrafiya və ədəbiyyat kitablarının hazırlaması özlüyündə mühüm bir nailiyyətdir.

Türk dövlətləri arasında əməkdaşlıq türk mədəniyyətinin, dilinin, adət-ənənələrinin və dəyərlərinin təbliği, ortaq irsinin qorunub saxlanması üçün mədəni səhnədə aktiv fəaliyyət göstərir. TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə həlledici rol oynayır.

TDT gənclər arasında əməkdaşlığı genişləndirməklə onlara səyahət etmək və qarşılıqlı şəkildə ölkələri kəşf etmək, həmyaşıdlarını tanımaq, eləcə də idman daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etmək üçün imkanlar yaradıb. Gənclər üçün düşərgələr və festivallar, Gənc Liderlər Forumu və Gənc Sahibkarlar Forumu gələcək gənc nəsillərin Türk dünyası haqda daha çox məlumatlı olmasını təmin edəcək aparıcı platformalardır.

Universitet idman oyunları (Türk Universiadası) və ənənəvi idman növlərinin Dünya Köçəri Oyunları vasitəsilə dirçəldilməsi və qorunmasına dəstək də türkdilli ölkələrin arasında əməkdaşlığın ticarət nişanına çevrilib.

TDT həmçinin, türk diaspor icmaları arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın və koordinasiyanın daha da gücləndirilməsinə böyük səylər göstərmişdir.

Mətbuat və informasiya sahəsində əməkdaşlıq inkişaf etməkdədir: Media türk dövlətlərinin inteqrasiyasını gücləndirmək üçün vacib vasitədir. İndiyədək, ictimai yayım qurumları arasında əməkdaşlıq sistematik xarakter alıb. “Türk dünyasının 100 insanı” və “Türk dünyasının müqəddəs məkanları” mövzusunda verilişlərin və videomaterialların paylaşılmasına, qısametrajlı videoçarxların hazırlanması istiqamətində səylər göstərilib. Bu il müvafiq nazirlərin və yüksəkvəzifəli şəxslərin hər il beynəlxalq media forumun təşkil olunması, media mütəxəssisləri üçün təlim və mübadilə proqramlarının gücləndirilməsi, türkdilli xəbər agentlikləri alyansı və jurnalistlər assosiasiyasının yaradılması barədə qərarı ilə media sahəsində əməkdaşlıq daha da intensivləşib.

Səhiyyə sahəsində əməkdaşlıq TDT-nin gündəliyinin ayrılmaz hissəsinə çevrilib: 2020-ci ildə COVID-19 virusunun yayılması pandemiya ilə mübarizə üçün səhiyyə sahəsində əməkdaşlıq və koordinasiyaya başlamağı zəruri etdi. TDT-nin üzvü olan dövlətlər qısa bir müddət ərzində birgə tədbir görməklə güclü liderlik və həmrəylik nümayiş etdirdilər.

Azərbaycanın sədrliyi ilə 2020-ci il aprelin 10-da “COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda Türk Şurasının növbədənkənar Zirvə toplantısı keçirilib. Daha sonra qısa müddət ərzində nazirlərin bir sıra müvafiq görüşləri təşkil olundu.

TDT-nın Katibliyi tərəfindən səhiyyə sahəsində həyata keçirilən fəaliyyət aşağıdakı razılaşdırılmış tədbirlərin həyata keçirilməsi üçün perspektivli başlanğıca imkan verdi, a) təcrübə mübadiləsi və ən yaxşı təcrübələrin bölüşülməsinə imkan yaratmaqla ictimai səhiyyədə səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına töhfə vermək; b) transmilli sağlamlıq təhdidlərinin qarşısını almaq, aşkar etmək və onlara qarşı tədbir görmək üçün milli səhiyyə sistemlərinin imkanlarının dəstəklənməsi; c) səhiyyə işçiləri və səhiyyə müəssisələri üçün təlim və bacarıqların artırılması proqramlarının təşkili; d) zəruri dərmanların və digər tibbi ləvazimatların müntəzəm təchizatının təmin edilməsi; e) səhiyyə sənayesində daha keyfiyyətli səhiyyə müəssisələri və məhsullarına töhfə verəcək əməkdaşlığa başlamaq.

Yaradılmış Səhiyyə Koordinasiya Komitəsi və onun Təchizat Zənciri Qrupu, tibbi avadanlıq və əczaçılıq məhsullarının istehsalında əməkdaşlıq mərkəzinə çevrilib. Bundan başqa, Səhiyyə Koordinasiya Komitəsinin nəzdində Səhiyyə Elmi Qrupunun yaradılması həm də pandemiyanın gedişatının birgə monitorinqi və ona qarşı müvafiq birgə cavab tədbirlərinin hazırlanması baxımından mütərəqqi addım olub.

Turizm sahəsində əməkdaşlığa yeni təkan: TDT dövlətləri zəngin mədəni-tarixi irsi və müxtəlif təbii cazibədarlığı ilə böyük turizm potensialına malikdir. "Müasir İpək Yolu Birgə Tur Paketi" layihəsi bu turizm potensialından istifadə etmək və inkişaf etdirmək üçün bir vasitə kimi hazırlanıb. Bu məqsədlə müxtəlif tədbirlər, sərgilər, festivallar, təlim proqramları, səyahət turları həyata keçirilib.

Bu yaxınlarda turizmi şəhərlər səviyyəsində təşviq etmək üçün “Türk Dünyası Turizm Paytaxtı” layihəsinə start verilməklə turizm sahəsində əməkdaşlıq daha da sürətlənmişdir. Digər tərəfdən, “Təbərrük Ziyorat” layihəsinin TDT dövlətlərinin müqəddəs məkanlarına turistlərin marağını artıracağı gözlənilir. Bu il, turizm nazirləri “Türk dövlətlərinin ən yaxşı turizm kəndləri” təşəbbüsünün irəli sürülməsi və turizm agentlikləri assosiasiyaları arasında əlaqələrin qurulması barədə razılığa gəliblər.

Dini sahədə əməkdaşlığın başlanması: TDT ölkələri bu il öz rəsmi dini qurumları arasında əməkdaşlıq etmək qərarına gəliblər. İndiyədək, TDT-nin Dini İşlər üzrə məsul qurum rəhbərlərinin üç iclası keçirilib. Dini əməkdaşlığın türk-islam həmrəyliyi, türk xalqlarının mənəvi, əxlaqi və mədəni dəyərləri ətrafında inkişaf etməsi gözlənilir.

“Türk dünyasına baxış 2040”

“Türk dünyasına baxış 2040” proqramının qəbulu ölkələrin öz aralarında daha açıq, daha sistemli və daha məqsədyönlü əlaqələr vasitəsilə birlikdə daha yaxşı gələcək qurmağa qərar verdikləri tarixi məqamlardan biridir.

Əldə edilmiş nailiyyətlər, TDT ölkələrinin ehtiyacları haqqında dərin biliklər və müvafiq dövlət orqanları ilə hərtərəfli məsləhətləşmələr əsasında qurularaq, bu proqram 2040-cı ilə qədər olan dövr üçün türk dövlətləri arasında əməkdaşlığın strateji istiqamətini formalaşdıracaq aydın hədəflər təqdim edir.

Əslində, “Türk dünyasına baxış 2040” proqramı TDT ölkələrinin münasibətlərini əməkdaşlıqdan tədricən inteqrasiyaya doğru aparır. Beləliklə, türk dövlətlərindən məhsulların, xidmətlərin, kapitalın və yüksəkixtisaslı işçi qüvvəsinin maneəsiz axınına şərait yaratmaqla və qarşılıqlı asılılığın qaçılmaz olduğu nəqliyyat və enerji kimi həyati əhəmiyyətli sektorlarda əməkdaşlığı intensivləşdirməklə öz iqtisadi zonasını qurması gözlənilir.

Bu baxımdan, bu proqram aşağıdakı məsələlər üçün bir çağırışdır:

a) geniş spektrli beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək üçün siyasi birliyin inkişaf etdirilməsi; b) spesifik sahələrlə bağlı siyasətlərin və bütün müvafiq tənzimləyici çərçivələrin konvergensiyasının dəstəklənməsi; c) tam ticarət inteqrasiyasına nail olmaq; d) vahid investisiya məkanının yaradılması; e) rəqəmsal texnologiyaların daha yaxşı istifadəsinə şərait yaratmaq və rəqəmsal inteqrasiyanı həyata keçirmək; f) nəqliyyat və enerji əlaqələrinin təkmilləşdirilməsi və g) insanların daha çox mobilliyini təmin etməklə sosial və mədəni sahələrdə qarşılıqlı əlaqələrin artırılması.

Regiondaxili innovasiya ekosisteminin dəstəklənməsi, yaşıl transformasiya, insan kapitalının təkmilləşdirilməsi və qlobal dəyər zəncirlərinə daha yaxşı inteqrasiya olunmaq da bu proqramın prioritetləri sırasındadır.

TDT-nin gələcək fəaliyyəti bu proqramın uzunmüddətli məqsədlərinə nail olmaq üçün çoxillik strategiyalar ətrafında qurulacaq. İlk addım olaraq, TDT Türkdilli Dövlətlərin 2022-2026-cı illər üçün Strategiyasını hazırlayıb və 2022-ci il noyabrın 11-də Səmərqənddə dövlət başçılarının qarşıdan gələn Zirvə görüşündə bu strategiyanın təsdiqlənməsi gözlənilir.

Daha gözəl ortaq gələcəyə doğru

TDT çətiri altında əməkdaşlıq müxtəlif səviyyələrdə və müxtəlif sahələrdə həyata keçirilən konstruktiv və hərtərəfli əməkdaşlığa çevrilib. Ona görə də, türkdilli ölkələri gələcəkdə birlikdə fəaliyyət göstərmədən irəli getməsini təsəvvür etmək çətindir. Bundan başqa, TDT artıq Türk dünyasının uğurlu əməkdaşlıq platforması və səsi kimi tanınıb. Bundan əlavə, TDT-nin öz regionunda və qlobal arenada çəkisi durmadan artır.

“Türk Dünyasına Baxış-2040” proqramının qəbulu ilə türk dövlətləri arasında əməkdaşlığın yeni dövrü başladı. Texniki cəhətdən əməkdaşlıq daha məqsədyönlü oldu və birgə fəaliyyət üçün ən böyük potensiala malik sahələrə yönəldi. Strateji baxımdan bu sənəd türk ölkələrinin mərhələli inteqrasiyasına zəmin yaratdı. Bu, şübhəsiz ki, uzun və çətin proses olacaq. Bununla belə, Türk dünyası əməkdaşlığı 2022-ci il noyabrın 11-də Səmərqənddə keçiriləcək Dövlət Başçılarının Zirvə Toplantısının da diqqət mərkəzində olacağı kimi, getdikcə inkişaf edir.

Səmərqənd Zirvə görüşü keçən il İstanbul Zirvə toplantısında alınan tarixi qərarları tamamlayan bir toplantı olacaq. Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələsini daha yaxşı əks etdirmək üçün Naxçıvan Sazişinə düzəlişlər ediləcək. Səmərqənd Zirvə görüşündə TDT ölkələrinin sosial-iqtisadi inkişafına təkan vermək üçün iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi və rəqəmsallaşmaya diqqət yetiriləcək. Zirvə Görüşü, həmçinin yaxın aylarda Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasına da zəmin yaradacaq.

Səmərqənd Sammiti, həmçinin “Türk Dünyasına Baxış - 2040” proqramının müvafiq məqsədlərinə uyğun olaraq siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıqda əhəmiyyətli irəliləyişlərə nail olacaq. Bundan əlavə, müdafiə sənayesi sahəsində birgə iş birliyi və ədliyyə sahəsində əməkdaşlıq da təşviq ediləcək.

Bu Sammitlə yanaşı, Özbəkistan TDT-yə sədrlik edəcək və 2023-cü ilin “Türk sivilizasiyasının yüksəlişi ili” elan edəcək.

Türk dövlətləri arasındakı bu əməkdaşlıqla bağlı əldə olunan mühüm nailiyyətlər ümidvericidir. Türk dövlətləri inteqrasiya ilə bağlı gündəliklərini davam etdirməli və XXI əsrin çağırışlarına cavab verməyə hazırlaşmalıdırlar. Bu gün verəcəyimiz siyasi qərarlar və addımlar Türk dünyasının uzun illər inteqrasiya yolunda qalıb-qalmayacağını uzun illər müəyyən edəcək.

Əminəm ki, türk dövlətləri bundan sonra da əməkdaşlıq etmək əzmini nümayiş etdirəcək və daha güclü, daha yaxşı inteqrasiya olunmuş və daha sıx birləşmiş Türk dünyasına nail olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb